Yazan1001 dadKateqoriyaÇətinlikNormal

ətli qarabaşaq yarması

Verimlilik1 Porsiya
Hazırlanma Müddəti25 dəqBişmə Vaxtı1 saatÜmumi Vaxt1 saat 25 dəq

Lazım olan ərzaqlar

Hazırlanma qaydası
1
ətli qarabaşaq yarması

Qarabaşaq yarmasından hazırlanan bu yeməyi, hazırlanma qaydası bir az Özbək plovuna da bənzəyir.
Ətli qarabaşaq yarması yeməyi hazırlamaq üçün quzu qabırğaları doğranıb yuyulduqdan sonra orta ölçülü doğranılır.
Qazana yağ əlavə edilir və sümüklü quzu qabırğa burada qızardılır.
Tam bişmədən ocağın üzərindən götürülür.
Baş soğanlar soyulur.
Soyulduqdan sonra baş soğan doğranılır.
Bir tavaya yağ əlavə edilir.
Yağ isindikdən sonra doğranan soğanlar buraya əlavə edilir.
Soğanların rəngi dəyişənə qədər qızardılır.
Soğan bişirilən qazana yarımçıq qızarmış ət əlavə edilir.
Ocağın temperaturu azaldılır.
Vam odda soğanla ət bişirilir.
Soğanın içərisinə qarışdırılmış ətin bişməsinə çox az vaxt qalanda, soğanla ət olan qazana duz, istiot, cirə əlavə edilir və qarışdırılır.
Yerkökü əvvəlcə təmiz yuyulur, qabığı incə bir şəkildə soyulur.
Qabığı soyulan yerkökü kiçik ölçüdə doğranılır.
Kiçik ölçüdə doğranılan kök, soğanlı ət olan qazana əlavə edilir.
Qazana çox az miqdarda su əlavə edilir.
Köklərin də bərabər səviyyədə bişməsi üçün arada qarışdırılır.
Qarabaşaq yarması yuyulur, süzülür.
Suyu süzülən qarabaşaq yarması bir tavada orta şiddətli odda qovrulur.
Arada yarma qarışdırılır.
Qarabaşaq yarması yaxşıca qovrulduqdan sonra içərisində soğanla ət olan qazana əlavə edilir.
Burada qarabaşaq yarmasına duz əlavə edilir.
Bundan sonra ətli qarabaşaq yarmasına su əlavə etmək lazımdır.
Suyu qarabaşaq yarmasının birbaşa üzərinə tökmək məsləhət deyil.
Bunun üçün tavanın içərisində havada kəfkir və ya qaşıq olur və su bunların üzərinə tökülür.
Bu sayədə yeməyin üst hissəsi deşilmir.
Xörəyə su əlavə edərkən bir dəfədə 2 litr suyun hamısını istifadə etmək düzgün deyil.
Suyu az miqdarda əlavə edi, ehtiyac olduğunda yenidən əlavə etmək lazımdır.
Qarabaşaq yarması bişərkən ocağın temperaturun azaltmaq lazımdır.
Xörək vam odda bişməlidir.
Təqribən 40 dəqiqədən sonra içərisində ətli qarabaşaq yarması olan qazanın qapağı açılır. Ətli qarabaşaq yarmasının üzərində qaşıqla ir dəlik açılır və buraya kərə yağ qoyulur.
Qazanın qapağı örtülür, kərə yağın əriyib bütün qarabaşaq yarmasını islatması gözlənilir.
Bundan sonra ocaq söndürülür.
Bişmiş ətli qarabaşaq yarması xörəyi, süfrəyə isti - isti verilir.

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Ətli qarabaşaq yarması