Yazdırma Seçimləri:

Ərik mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt45 dəq

ərik mürəbbəsi

Lazım olan ərzaqlar
 3 kq gavalı yaxud ərik
 3 kq şəkər
 1 çimdik limon duzu
Hazırlanma qaydası
1

Ərikləri yuyun.
Dilim- dilim doğrayın.
Bır qabın içərisinə alın.
Üzərinə şəkər əlavə edib bır gecə bu şəkıldə gözlədin.
Ertəsı günü əriyimiz sulanmış və şəkər şərbət halını almış olacaqdır.
Möhkəm qarışdırıb ocağa qoyun.
Qaynamağa başlayınca üzərinə yığılan köpükləri alın.
Sonra bir tabaga mürəbbənin suyundan alaraq mürəbbənin hazır olmasına baxın.
Mürəbbə hazır olmuşdursa bir az limon duzu əlavə edib 5 dəqiqə daha qaynatdıqdan sonra ocaqdan alın.
İsti halda bankalara boşaldıb agzını möhkəm bağlayıb tərs çevırin.
Soyuduqdan sonra çevirib sərın bır yerə qoyun.

Ərik mürəbbəsi hazırlamağın əsas nöqtələri
2

Sərt çürük olmayan əriklər alınmalıdır.
Ərik mürəbbəsinin köpüyünün alınması şərtdır.
Ayrıca kiflənə bılər.
Limon duzu xarlanmanın qarşısını alır.
Çalışın mürəbbəni isti halda bankalara yığın.

Nuş olsun!