Yumurta və şəkəri 8-10 dəqiqəyə yaxın köpürüncə çırpın.
Süd , duru yağı, vanilini , kakao, ələnmiş unu ələyərək qarışdırdıqdan sonra ələnmiş qabartma tozunu da əlavə edib spatula ilə qarışdırın.
Sobanı əvvəlcədən 170 dərəcə qızdırın.
Kərə yağı ilə yağlanmış 28 cm -lık tart qəlibinə boşaldıb öncədən qızdırılmış sobada 22-23 dəqiqədə nəzarət edərək bişirin.
Bişən tartı sobadan çıxardıb soyumağa qoyun.
Soyuyan keksi servis tabağına tərs çevirin.
Kürdan ilə dələrək 1 su stəkanı süd ilə hər tərəfini ısladıb südün çəkilməsini gözləyin.
Son olaraq hazırlanan kremi üzərinə yayın.
Arzuya görə bəzəyin.