Yazdırma Seçimləri:

10 dəqiqədə şokoladlı tart keksi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt45 dəq

Tart Keksi Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan süd
 1 stəkan duru yağ
 3 yemək qaşığı kakao
 1 paket vanilin
 2 stəkan un
 1 paket qabartma tozu
Tart Keksini İslatmaq Üçün
 1 stəkan süd
Tart Keksinin kremi üçün
 200 ml süd qaymağı
 200 q bitter qarışıq şokolad
Tart keksin Üzəri Üçün
 hindistan qozu
 şokolad parçaları
 şokolad topları
Tart Keksinin Ərzaqlarının Yığılma Qaydası
1

1. Tart keksi üçün lazım olan unu bir kasaya yığın.
2. İstifadə edəcəyiniz yumurtaları yuyub bir kənara qoyun.
3. Tart keksi üçün istifadə edəcəyiniz şəkər tozu, kakao, vanilin, qabartma tozunu ayrı-ayrı kasalara yığın.
4. Tart keksi üçün lazım olacaq südü bir stəkana süzün.
5.Keks üçün istifadə ediləcək duru yağı bir stəkana süzün.
6. Keks üçün istifadə olunacaq süd qaymağını da bir kasaya yığın.
7. Bitter qarışıq şokoladını kiçi bir kasaya yığın.
8. Tart keksi üçün istifadə edəcəyiniz hindistan qozunu bir qaba yığın.
9.Keks üçün istifadə edəcəyiniz şokolad parçalarını və şokolad toplarını ayrıca qablara yığın.

10 Dəqiqədə Şokoladlı Tart Keksinin Hazırlanma Qaydası
2

1. Çırpma qabına əvvəlcə yumurtaları sındırın və üzərinə şəkər tozunu əlavə edin.
2. Qarışdırdığınız yumurta və şəkəri 8-10 dəqiqəyə yaxın köpürüncə çırpın.
3. Südü , duru yağı, vanilini , kakaonu qataraq yaxşıca qarışdırın.
4. Qarışdırma qabına unu ələyərək qarışdırdıqdan sonra qabartma tozunu da ələyərək əlavə edin və spatula ilə yaxşıca qarışdırın.

Tart Keksinin Bişirilmə Qaydası
3

1. Sobanı əvvəlcədən 170 dərəcəyə yaxın qızdırın.
2. Keksi bişirəcəyiniz qəlibi kərə yağı ilə yağlayın.
3. Tart xəmirini qəlibə boşaldıb əvvəlcədən qızdırılmış sobada 22-23 dəqiqədə nəzarət edərək bişirin.
4. Bişən tartı sobadan çıxardıb soyumağa qoyun.

Tart Keksinin Servis Edilmə Qaydası
4

Soyuyan keksi servis tabağına tərs çevirin.
Kürdan ilə dələrək 1 su stəkanı süd ilə hər tərəfini ısladıb südün çəkilməsini gözləyin.
Son olaraq hazırlanan kremi üzərinə yayın.
Arzuya görə bəzəyib servis edin.

Nuş olsun!