Yazdırma Seçimləri:

Trileçe

Verimlilik8 PorsiyonHazırlanma Müddəti1 saatBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 45 dəq

tirəliçə

Keksi Üçün
 4 ədəd otaq temperaturunda yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan un
 1 paket qabartma tozu
 1 paket vanilin
 1 çimdik duz
Şərbəti Üçün
 3 stəkan süd
 1 paket qaymaq
 5 yemək qaşığı şəkər tozu
Karamel Sosu Üçün
 1 paket qaymaq
 5 yemək qaşığı şəkər tozu
 1 yemək qaşığı kərə yağı
Hazırlanma Qaydası
1

✅ Əvvəlcə tireliçenin kremini hazırlayın.
✅ Bunun üçün şəkəri bir qazana alın və vam odda rəngi qəhvəyi rəng olana qədər gözlədin.
✅ Krema və kərə yağını da əlavə edin və qatılaşan şəkərin qaynayaraq əriməsini gözləyin.
✅ Qatılaşan kimi ocaqdan alın və soyumağa buraxın.
✅ Keksi üçün yumurtanın sarı və ağlarını ayrı-ayrı qablara yığın.
✅Yumurtanın ağına bir çimdik duz əlavə edin və köpüklənib ağarana qədər mikser ilə 5 dəqiqəyə qədər çırpın.
✅ Yumurtanın sarısına isə şəkər əlavə edərək yenə 5 dəqiqəyə yaxın, yəni, şəkər əriyənə qədər çırpın.
✅ Unu, qabartma tozu və vanilini ələkdən keçirdərək yumurta sarılarına əlavə edin.
✅ Mİkser istifadə etmədən bir qaşıq yardımı ilə yaxşı-yaxşı qarışdırın
✅ Krem halina gəlmiş yumurta ağını xəmirə əlavə edin və yenə spatula ilə qarışdırıb xəmirə əlavə edərək möhkəm qarışdırın.
✅ Bu işləmi altdan üsttə hərəkətlər edtdirərək yerinə yetirin ki, havası tamamən çıxmasın.
✅ Hazır xəmiri soba sinisinə tökün.
✅ Həmin sinini soyuq sobaya qoyun və sobanın temperaturunu 175 dərəcəyə ayarlayın.
✅ 30 dəqiqəyə yaxın soba qapağını açmadan bişirin.
✅ Keks bişdiyi müddətdə isə şərbətini hazırlayın.
✅ Bunun üçün kiçik bir qazana südü, şəkər tozunu, kremi alın.
✅ Qaynatmadan qızdırın və ocaqdan alın.
✅ Qarışdıraraq həm şəkərin əriməsinə, həm də soyumasına çalışın.
✅ Hazır keksi ocaqdan alın və 5 dəqiqəyə yaxın gözləyin.
✅ Üzərini kürdanla deşin və ilınmış şərbəti tireliçenin üzərinə tökün.
✅ Bu vəziyyətdə 1 saata yaxın tireliçeni gözləyin.
✅ Soyuyandan sonra karamelini tökün və hazır tireliçeni soyuducuya qoyun.
✅ 3-4 saata yaxın daha gözləyin.
✅ Arzuya görə krem şanti ilə də bəzəyə bilərsiniz.
✅ Tireliçeni dilimləyərək servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 8