Yazdırma Seçimləri:

Holland pendirli küftə

Verimlilik6 PorsiyonHazırlanma Müddəti55 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 25 dəq

Lazım olan ərzaqlar
 1 kq küftəlik qiymə
 150 q holland pendiri (küp -küp doğranmış)
 2 ədəd yumurta
 5 ədəd köhnə çörək içi dilimi
 2 ədəd soğan
 5 diş əzilmiş sarımsaq
 1 yemək qaşığı kəklikotu
 ½ dəstə cəfəri
 çirə
 duz
 istiot
Hazırlanma qaydası
1

Qiyməni küftəni hazırlayacağınız qabın içinə qoyun.
Daha sonra içinə ufalanmış çörək, yumurta, incə-incə doğranmış cəfəri, rəndələnmiş soğan, sarımsaq, istiot, duz əlavə edib yaxşıca yoğurun və 2 saata yaxın soyuducuda saxlayın.
Daha sonra çıxarıb qoz böyüklüyündə küftələr hazırlayın və ovcunuzun içərisində yastılayıb siniyə yığın.
Sonra küftənin birini alıb üzərinə holland tendirini rəndələyib üzərinə ikinci bir küftəni qoyaraq kənarlarını əlinizlə möhkəm qapadın.
Bütün küftələri bu şəkildə hazırlayıb siniyə yığın və soyuducuda bir az yenə saxlayın.
Əvvəlcə çox az yağ qoyduğunuz yapışmayan tavada orta temperaturda hər iki tərəfini qızardıb şüşə qaba yığın.
Bunları əvvəlcədən də hazırlaya bilərsiniz.
Lazım gələrsə servis etməzdən 15-20 dəqiqə əvvəl 200 dərəcədə qızdırdığınız sobada bişirə bilərsiniz.
Belə olanda həm içləri tamamən bişər , həm də qızdırılmış olar.
Servis edərkən isə yanında qarnitur və yaxud da plov verə bilərsiniz.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 6