Yazdırma Seçimləri:

Badımcan şorbası

Verimlilik2 PorsiyonHazırlanma Müddəti35 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt55 dəq

kərə yağlı közlənmiş badımcan şorbası

Lazım olan ərzaqlar
 2 ədəd közlənmiş badımcan
 1 ədəd orta boy soğan
 1 yemək qaşığı un
 zeytun yağı
 kərə yağı
 qırmızı bibər
 yetərin qədər su
 duz
Hazırlanma qaydası
1

kərə yağlı közlənmiş badımcan şorbası

Badımcanları yuyub bir neçə yerindən çəngəl ilə deşin.
Folqa kağızı ilə sarıyıb soba sinisinə düzün.
Qızdırdığınız sobada bişirin.
Badımcanlar bişdikdən sonra çıxardıb soyun.
Soyduğunuz badımcanları incə-incə doğrayın.
Bir qazana zeytun yağı qoyun.
Soğanı incə- incə doğrayın.
Soğanları qovurun.
Qovrulan soğanların üzərinə közlənmiş badımcanları da əlavə edib bir az qovurun.
Bunların üzərinə unu da əlavə edərək qovurun.
Ardından isti suyunu və duzunu əlavə edin.
Davamlı olaraq qarışdıraraq bişirin.
Qaynamağa başladıqdan sonra 10 dəqiqəyə yaxın vam odda bişirin.
Blendirdən keçirilən şorbanın üzərinə ayrı bir tavada kərə yağı və qırmızı bibəri qızardıb servis etməzdən əvvəl əlavə edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 2