Yazdırma Seçimləri:

Abant kababı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 15 dəq

Abant kababı

Lazım olan ərzaqlar
 400 q qiymə
 duru yağ
 1 ədəd soğan
 pul bibər
 duz
 istiot
 cirə
İçi üçün lazım olan ərzaqlar
 2 ədəd soğan
 4 diş sarımsaq
 1 ədəd qırmızı bibər
 1 dəstə ispanaq
 duru yağ
 duz
 istiot
Sos üçün
 2 stəkan süd
 1 yemək qaşığı un
 duz
 istiot
 duru yağ
Üzəri üçün
 holland pendiri
Hazırlanma qaydası
1

Qarışdırma qabına qiyməni, soğanı, duz, istiot, cirə, ala bildiyi qədər un əlavə edib köftənizi yoğurun.
Hazırladığınız köftəni 6 dənə kündəyə ayırın.
Bu kündələri çox böyük olmayan çanaqlar halına gətirin.
Yağlanmış soba sinisinə yığaraq 200 dərəcə qızdırılmış sobada bişirin.
Digər tərəfdə iç xərcini və sosunu hazırlayın.
Iç xərci üçün soğan, sarımsaq və qırmızı bibəri duru yağda qovurun.
Soğanların rəngi dönüncə üzərinə doğranmış ispanağı əlavə edin.
Bu qarışığı yarı çiy bişirin.
Sos üçün isə unu duru yağda qovurun.
Üzərinə süd, duz və istiot əlavə edərək çırpın və bişirin.
Yarı bişmiş köftələrə iç xərci doldurun.
Kənarlarına göbələyi düzərək ortasına sosu qaşıq ilə tökün.
Holland pendiri rəndəsini üzərinə səpdikdən sonra təkrar 180 dərəcədə bişirin.

Nuş olsun!