Yazdırma Seçimləri:

Acıbadamlı ağ şokolad

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

acıbadamlı ağ şokolad

Lazım olan ərzaqlar
 4 paket ağ şokolat(80 q)
 1 stəkan qaymaq
 150 q marqarin
 90 q acı badam
 1 stəkan şəkərlənmiş albalı
 1 stəkan badam
 2 yemək qaşığı hind qozu
Hazırlanma qaydası
1

Ocağa qoyduğunuz qaynar su dolu bir qazanın içinə, istiyə davamlı bir qab yerləşdirin.
Bu qabın da içinə, suya deyməyəcək şəkildə, şokolat, qaymaq və marqarin qoyub , qızdıraraq əridin.
Qabı atəşdən alın və içinə iri doğranmış acı badam, albalı şəkərləməsi, əzilmiş badam və hind qozu əlavə edib , qarışdırın.
Hazırladığınız qarışığı 20x20 sm ölçüsündə yağlı kağız sərilmiş qaba boşaldın.
Donması üçün qabı soyuducuda 2-3 saat gözlədin.
İsti suya batırılmış bıçaqla dilimləyərək servis edin.

Nuş olsun!