Yazdırma Seçimləri:

Acılı əzmə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqÜmumi Vaxt20 dəq

Acılı əzmə

Acılı əzmə üçün lazım olan ərzaqlar
 2 ədəd pomidor
 ½ dəstə yaşıl soğan
 ½ dəstə cəfəri
 1 çay qayığı bibər tomatı
 4 diş sarımsaq
 2 ədəd bibər
 1 çimdik quru nanə
 duz
 pul bibər
 ½ ədəd limon suyu
 yetərin qədər zeytu yağı
Hazırlanma qaydası
1

Acılı əzmə

Acılı əzmə hazırlamaq üçün əvvəlcə pomidor, bibər, soğan və cəfəri yuyulur, suyunun süzülüb quruması üçün biraz gözlənilir.
Sarımsaqlar qabıqlardan təmizlənir.
Bunlar hazır olduqdan sonra pomidorlar, yaşıl bibərlər, təzə soğan və cəfəri incə - incə doğranılır.
Bibər tomatı, duz, quru nanə, qırmızı pul bibər yaxşıca qarışdırılır.
Qabıqları təmizlənən sarımsaqlar ya həvəngdəstə köməyi ilə əzilir və yaxud da rəndədən keçirdilir.
Bu əzilmiş sarımsaq kütləsi də tomat qarışığına əlavə edilir və hamısı birlikdə yenə də qarışdırılır.
Hazırladığımız qarışığın üzərinə sıxdığımız yarım limonun suyunu və ya narşərab əlavə edilir.
Bundan sonra doğranmış pomidor, yaşıl bibər, yaşıl soğan və cəfərini də buraya əlavə edirik.
Bunları da qarışdırırıq.
Acılı əzmə qarışığına bütün məhsulları qarışdırdıqdan sonra ən sonda zeytun yağı əlavə edirik.
Süfrədə yeməklərin yanında soyuq halda verilir.