Almalı kərəviz salatı

5 dəqiqəyə hazırlanır.
4 nəfərlik.
Almalı kərəviz salatı hazırlanması çox sadədir və süfrələrinizə çox yaraşacaq bir salat tərifidir.
Almalı kərəviz salatını böyük bir keyflə hazırlayaraq sevdiklərinizlə birlikdə yeməyinizi arzulayıram !
Almalı kərəviz salatı üçün lazım olan ərzaqlar:
- 1 kq kərəviz,
- 1 ədəd limon,
- 2 ədəd yaşıl alma,
- 1 diş sarımsaq,
- 1 stəkan qatıq,
- 1 yemək qaşığı mayonez,
- ½ stəkan zeytun yağı,
- Duz,
Almalı kərəviz salatının üzəri üçün:
- Qoz ləpəsi,
- Qırmızı pul bibər,
Almalı kərəviz salatının hazırlama qaydası:
- Almalı kərəviz salatı hazırlamaq üçün əvvəlcə kərəvizlərin qabıqlarını soyub limonlu suda 5-10 dəqiqə saxlayın.
- Sonra kərəvizlərin suyunu süzün və rəndələyin.
- Rəndələdiyiniz kərəvizləri bir qaba yığın.
- Almanı təmiz yuyun.
- Yuduğunuz almanın suyunu silin və onları da rəndələyib kərəvizin üzərinə əlavə edin.
- Ayrı bir qabda qatığlı azca çırpın.
- Sarımsaqların qabıqlarını soyub yuyun.
- Soyduğunuz sarımsaqları yaxşıca əzin.
- Əzilmiş sarımsağın içinə mayonez, duz, zeytin yağı əlavə edib qarışdırın.
- Qatıqlı qarışığı almalı kərəvizin üzərinə əlavə edib yaxşıca qarışdırın.
- Hazırladığınız qarışığı bir servis tabağına yığın.
- Üzərini qoz ləpəsi və qırmızı pul bibərlə bəzəyərək servis edin.
Hazırladığınız “Almalı kərəviz salatı artıq hazlrdır.
Leave a Reply