Yazdırma Seçimləri:

Armud şirniyyatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 3 ədəd armud
 1 stəkan şəkər
 1 stəkan su
 1 çay qayığı darçın
Hazırlanma qaydası
1

Armudları soyub ikiyə bölün.
Çəkirdəklərini çıxardın. Qazanın altına armud qabıqlarını düzün.
Üzərinə armudları yerləşdirin.
Şəkər, su və darçını da armudların üzərinə tökün.
Qazanın qapağını örtüb vam odda suyunu çəkənə qədər bişirin.
Bişdikdən sonra ocağın altını söndürün və soyumağa qoyun.
Evdə qaymaq və ya dondurma varsa, onlarla birlikdə servis edə bilərsiniz.
Istəyə görə hind qozu ilə də servis edə bilərsiniz.

Nuş olsun!