Bəkməzli yuxa şirniyyatı

Lazım olan ərzaqlar:
- 2ədəd yuxa,
- 1 yumurta ağı
İç xərci üçün lazım olan ərzaqlar:
- 1 su stəkanı doğranmış qoz,
- 1 su stəkanı doğranmış fındıq,
- yarım stəkan üzüm,
- 4 yemək qaşığı üzüm bəkməzi,
Şərbəti üçün lazım olan ərzaqlar:
- 3 stəkan su,
- 3 stəkan toz şəkər,
- 2 – 3 damcı limon suyu,
Qızartmaq üçün lazım olan ərzaqlar:
Maye yağ,
Süsləmək üçün:
- Toz fıstıq,
Hazırlanma qaydası:
- Qoz və fındıqları incə -incə doğrayın.
- Üzümləri suda saxlayın.
- Ardından qoz, fındıq, üzüm və bəkməzi qarışdırın.
- Şərbəti üçün lazım olan ərzaqları bir sos qazanında qaynamağa buraxın.
- Şərbət yetəri qədər qaynadıqdan sonra 2 – 3 damcı limon suyu sıxıb soyumaya buraxın.
- Yuxanı ortadan ikiyə kəsin.
- Uzununa olacaq şəkildə 4 barmaq genişliyində uzun lent halında kəsin.
- Hazırladığınız iç xərcindən 1-2 şirniyyat qaşığı kəsdiyiniz yuxa lentinin içərisinə qoyun və sərin.
- Qatlayarkən yuxanın ucunu yumurta ağına bulayaraq qapadın.
- Bir tavada yağı yaxşıca qızdırın və hazırladığınız börəklərinizi qızardın.
- Tamamən qızartdıqdan sonra üzərinə soyuq şərbət tökün.
- Servis edərkən üzərini toz fıstıq ilə süsləyin.
Leave a Reply