Yazdırma Seçimləri:

Badam Şirniyyatı

Verimlilik1 Porsiya

badam şirniyyatı

Badamlı Şirniyyat Üçün Lazım Olan Ərzaqlar
 4 ədəd yumurta
 1 stəkan şəkər tozu
 1 stəkan qatıq və ya xama
 1 stəkan duru yağ
 1 paket qabartma tozu
 duz
 un (aparan qədər)
Badamlı Şirniyyat Üçün Ərzaqların Yığılması Qaydası
1

✅ Badam şirniyyatı üçün lazım olacaq yumurtaları yuyub bir kasaya alın.
✅ Badam şirniyyatı üçün istifadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz qatıq və ya xamanı br kasaya tökün.
✅ Lazım olan duru yağı bir stəkana süzün.
✅ Badam şirniyyatı üçün istifadə ediləcək unu bir qaba ələyin.
✅ Şirniyyat üçün istifadə edəcəyiniz qabartma tozuni, duzu kiçik kasalara yığın.

Badamlı Şirniyyat Xəmirinin Hazırlanması
2

badam şirniyyatı

✅ Yumurtaları çırpma qabına sındirin.
✅ Unu bir qaba ələyin.
✅ Yumurtaların üzərinə şəkər tozu əlavə edərək yaxşıca çırpın.
✅ Çırpılan yumurtanın üzərinə qatıq və ya xama vurub yenidən çırpın.
✅ Yumurtalı qarışımı yaxşıca çırpdıqdan sonra qatıq, duru yağ, qabartma tozu, bir çimdik duz əlavə edib qarışdırın.
✅ Bütün ərzaqlar yaxşıca qarışdıqdan sonra apardığı qədr un əlavə edin.
✅ Qatı xama kimi bir kütlə alınır.
✅ Yəni axmayan bir xəmir əldə ediləcək.

Badamlı Şirniyyatın Bişirilmə Qaydası
3

✅ Qəlibi isidin.
✅ İsitdiyiniz qəlibi yağlayın.
✅ Xəmiri çay qaşığı ilə alıb qəlibin bir hissəsinə qoyun.
✅ Qəlibi bağlayın.
✅ Ocağın üzərində hər iki üzünü 2-3 dəqiqə olmaqla qızardın.
✅ Bişən zaman qəlibi əllə sıxmaq lazımdır ki, xəmir qəlibdən daşmasın.
✅ Şirniyyat bişdikdən sonra qəlibdən çıxarıb soyumağını gözləyin.

Badamlı Şirniyyatın Servis Edilmə Qaydası
4

✅ Soyuyan şirniyyatı qəlibdən çıxardın.
✅ Öz zövqünüzə uyğun bəzəyərək çayla birlikdə servis edin.

Təşəkkür Edirik!
5

🎀 Sabrina Qadaşova xanıma resept və şəkil üçün təşəkkür edirik.

Nuş Olsun!