Yazdırma Seçimləri:

Badambura

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 40 dəq

Badambura resepti

Badasmbura Üçün Lazım Olan Ərzaqlar
 900 q un
 3 ədəd yumurta
 200 q kərə yağı
 2 yemək qaşığı xama
 1 çay qayığı quru maya
 ala bildiyi qədər süd
Badamburanın İçliyi Üçün
 500 q badam ləpəsi
 500 q şəkər tozu
 ¼ çay qayığı hil
Badamburanı Yağlamaq Üçün
 400 q kərə yağı
Badambura Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz südü bir stəkana süzün.
✅ Lazım olacaq kərə yağını bir kasaya alın.
✅ İstifadə edəcəyiniz mayanı bir kasaya yığın.
✅ İstifadə edəcəyin badamın bərk qabıqlarını təmizləyin.
✅ lazım olacaq şəkər tozu və hili ayrıca kasalara yığın.
✅ Soba listinə yağlı kağız sərin.
✅ Şəkər kirşanını bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Ala bildiyi qədər südü bir stəkana süzün.
✅Lazım olacaq qədər xamanı kasaya tökün.
✅ İstifadə edəcəyiniz unu qarışdırma qabına ələyin.

Badambura Üçün Ərzaqların Hazırlanması
2

✅Südü qaba yöküb ilıq qızdırın.
✅ Yağı əridin.
✅ Mayanı ilıq südlə qarışdırın.
✅ Yumurtaları bir qaba sındırın.
✅ badama şəkər tozu və hili qatıb içlik hazırlayın.

Badamın Təmizlənməsi
3

✅ Qaba su töküb qaynadın.
✅ Su qaynayan kimi badam ləpəsini əlavə edib 3-5 dəqiqə qarışdırın.
✅ Badam ləpələrini sudan çıxarıb əliniz ilə qabığını rahat çıxardın.
✅ Quruması üçün tavada azca qovurun.
✅ Soyuduqdan sonra sürtkəcli maşından keçirdin.

Xəmirin Hazırlanma Qaydası
4

✅Əvvəlcə xəmirini hazırlayın.
✅Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırın.
✅Yumşaq xəmir yoğurun.
✅Xəmirin üstünə strec film çəkib, qalın bir dəsmala bükün.
✅1-2 saat acımağa qoyun.
✅Xəmir acıyanadək içliyi hazırlayın.

Badamburanın Hazırlanması
5

✅Xəmirdən 10 ədəd kündə düzəldin.
✅Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayın.
✅Yuxanı əliniz ilə az dartıb böyüdün və yağlayın.
✅Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayın.
✅Yağlanmış və üst- üstə yığılmış bu yuxaları bükün.
✅Bükdüyünüz yuxaları 3 sm enində kəsin.
✅Kəsilmiş bir lenti götürüb əlinizlə içini oval formada açın.
✅İçinə 2 çay qaşığı içlikdən qoyub bükün.
✅Bükülən tərəfi aşağıda olmaqla yağlı kağız sərdiyiniz soba listinə yığın.
✅Eyni qayda ilə hamısını hazırlayın.
✅Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayın.
✅Qurumasın deyə üstünə strec film çəkin.

Badamburanın Bişirilməsi
6

✅Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişirin.
✅Bişmiş badamburaları düz qaba yan-yana yığın.
✅Tamam soyuduqdan sonra üzərinə şəkər kirşanı səpin.

DİQQƏT!
7

✅Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır!
✅Sonunda hazır badamburaları ağzı bağlı bir qazana yığıb ağzını örtün ki, qurumasınlar.

Badamburanın Servis Edilməsi
8

Bayram süfrəsinin bəzəyi olan badamburanı çayla birlikdə servis edə bilərsiniz.
Badambura bayram xonçalarının, gəlin xonçalarının bəzəyidir.

Nuş Olsun!