Yazdırma Seçimləri:

Badımcan çığırtması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Lazım olanlar
 4 ədəd badımcan
 4 ədəd pomidor
 5 ədəd uzunsov bibər
 duz
  istiot
 cirə
Qızartmaq üçün
 duru yağ
Hazırlanma qaydası
1

Badımcanları alacalı soyun.
Çarpaz bir şəkildə tam ayırmadan dilimləyin.
Duzlu suda 5-10 dəqiqə gözlədin.
Sonra suyunu sıxıb kağız dəsmal üzərinə qoyub suyunu alın.
Sonra pomidor və bibərləri yeməklik doğrayıb tavada duru yağda qovurun.
Daha sonra duz və ədviyyat əlavə edib yarım çay stəkanı su töküb qarışdırın və ocaqdan alın. .
Qızaran badımcanları soba tabağına alın.
Üzərinə pomidor sosunu töküb sobada 10-15 dəqiqə bişirib servis edin.

Nuş olsun!