Badımcan mürəbbəsi

Badımcan mürəbbəsi üçün lazım olan ərzaqlar:
- 6-7 kiçik badımcan,
2 su stəkanı şəkər,
1 su stəkanı su,
8-10 dənə mixək,
1 şirniyyat qaşığı limon suyu,
Badımcan mürəbbəsinin hazırlanma qaydası:
- Badımcanların saplaqlarını kəsin.
- Sonra badımcanları soyun.
- Soyulmuş badımcanları soyuq su doldurduğunuz qaba yığın.
- Başqa bir qazanda su qaynadın.
- Soyuq suya qoyduğunuz badımcanları sudan çıxardıb suyunu bir az sıxın və qaynatdığınız suya atın.
- Qaynar suda badımcanlar yumşalana qədər qaynadın.
- Bişirdiyiniz badımcanları qaynar sudan çıxardaraq soyuq suya atın.
- Bu arada şərbəti hazırlayın.
- Suyun içərisinə şəkər tozu və mixəyi əlavə edib qaynadın.
- Soyuq sudan çıxartdığınız badımcanların suyunu kağız dəsmal ilə yaxşıca qurudun.
- Bunun üçün azca badımcanların üzərindən basdırılaraq suyunu alın.
- Suyu alınmış badıçanları şərbətin içinə atın.
- Şərbəti mürəbbə suyu qatılığına gəlincəyə qədər qaynadın.
- Limon suyu əlavə edib bir az daha qaynadıb ocağı qapadın.
- Hazır mürəbbəni soyumağa qoyun.
- Bankaları strelizə etdikdən sonra mürəbbəni bankalara yığın və ağzını qapadın.
Nuş olsun!
Leave a Reply