Bibərli badımcanlı mehir şorbası
Bibərli badımcanlı mehir şorbası

Lazım olan ərzaqlar:

  • 2 kq qatıq,
  • 1 litrə süd,
  • 1 stəkan döymə  buğda,
  • 1 kasa bişmiş noxud,
  • 1 kasa bişmiş bulğur,
  • 3-4 yaşıl bibər,
  • 2 badımcan,
  • 1 soğan,
  • 2 yemək qaşığı kərə yağı,
  • Duz,

Hazırlanması:

Qatıq və suyu bir qazana alıb davamlı qarışdıraraq bişirin.

Noxudu, buğdanı və bulğuru da əlavə edib qarışdıraraq bişirin.

Bibər və badımcanları doğrayıb qaynamaqda olan şorbaya əlavə edin.

Bibər və badımcanlar yumşalana qədər bişirməyə davam edin.

Duzunu əlavə edin.

Digər tərəfdə də yağ tavasında əridilən yağda soğan qovurub şorbanın üzərinə gəzdirib servis edin.