Yazdırma Seçimləri:

Badımcanlı pərdə plovu

Verimlilik1 Porsiya

badımcanlı pərdə plov

Lazım olan ərzaqlar
 2 stəkan düyü
 4 stəkan su(2stəkan plov bisirmək üçün,2stəkan da badımcana istifadə olunacaq)
 duru yağ
 duz
Ətli sos üçün
 300 q quzu əti( quzu əti tez bişdiyi üçün)
 1 ədəd qırmızı bibər
 1 ədəd yaşıl bibər
 1 stəkan duru yağ
 pomidor tomatı
 1 ədəd soğan
 pul bibər
 istiot
 1 çay qayığı kəklikotu
 duz
Bükmək üçün
 4 ədəd uzun badımcan
Qızartmaq üçün
 duru yağ
Hazırlanma qaydası
1

badımcanlı pərdə plov

• İşə əvvəlcə əti bişirməklə başlayın.
• Quzu ətini quşbaşı doğrayıb geniş bir qazana yığıbüzərinə bi az su qoyun .
• Ət suyunu çəkənə qədərbişirin.
• Bibəri soğanı təmizləyib küp- küp kəsin.
• Başqa bir qazana bir az duru yag töküb bibəri və sogan qızarana qədərqovurun və bişmiş sogan və bibərin üstünə əlavə edin. Bir dəqiqə də ətlə qovurun.
• Ən son tomatı ,duz və ədviyyatları əlavə edib qarışdırın.
• Bir az qovurduqdan sonra ocaqdan alin.
• Badımcanları alacalı soyun.
• Uzunlamasına doğrayın.
• Duzlu suda saxlayın ki acı suyu çıxsın.
• Duru yagda qızardıb kagiz dəsmalın üzərinə qoyun ki, artıq yağı çəksin.
• Düyünü yuyun.
• Qazana duru yağ tökün.
• Düyünü və duzu əlavə edib pilavi bir iki dəqiqə kovurun və 2 stəkan qaynamiş isti suyu əlavə edin.
• Plovunuz suyunu çəkənə qədər vam oddabişirip ocaqdan alin.
• İndi sira səklini verməyə gəldi.
• Əvvəlcə ce badımcanları sirasiyla qazanın iç hissəsinin kənarlarını boşluq qalmayacaq şəkildə uzunlamasına yerləşdirin.
• Orta hissəsi isə yuvarlaq bos qalacaq səkildə düzün.
• Hazirlamis oldugunuz soslu əti qazanın tam ortasina yayın.
• Ətin üstunə hazirlamis oldugunuz plovu qoyun və kənara çıxan badımcanları üstünə qatlayın. Qalan badımcanları da üzərinə qapadın ki düyülər heç görünməsinlər.
• Badımcanların üstünə 2 stəkan qaynar su tökun və düz bir tabaq örtüb vam odda 15 dəqiqə qədər bişirin.(önəmli olan plov suyunu çəkənə qədər bişməsidir. Dəqiqəsi o qədər də vacib deyildir.)
• Plovunuz bişdikdən sonra ocaqdan alin yarim saat heç əlləmədən gözlədin.
• Qazanın ağzına böyük bir sini qoyub qazanı tərsinə çevirin.
• Pərdəli badımcan plovunuz artıq servisə hazırdır.

Nuş olsun!