badımcanlı poaça
badımcanlı poaça

Lazım olanlar:

Poaçanın iç ərzaqları:

  • 1 dənə badımcan,
  • 1 kiçik quru soğan,
  • 1 dənə uzunsov bibər,
  • 1 pomidor,
  • Bir az qırmızı bibər,
  • 1 çay qaşığı duz,
  • Bir az istiot,
  • 2 şorba qaşığı duru yağ,

Xəmiri üçün:

  • 1 su stəkanı ilıq süd,
  • 1 paket ərimiş marqarin,
  • 1 paket yaş maya,
  • 2 dənə yumurta ağı,
  • 1 şorba qaşığı şəkər tozu,
  • 1 şirniyyat qaşığı duz,
  • Aldığı qədər un,

Hazırlanması :

  • Badımcanları zər böyüklüyündə doğrayıb duzlu suda 30 dəqiqə  gözlədin.
  • Soğanı badaımcanla birlikdə duru yağda qovurun.
  • Bibərləri də içinə əlavə edərək  bir az qovurun.
  • Içinə çox kiçik doğranmış pomidor və ədviyyatları da əlavə edərək suyunu çəkənə qədər bişirib soyumaya qoyun.
  • Iç ərzaqları soyuyana qədər xəmiri yoğurun.
  • Yoğurma qabına süd, maya , yumurta ağı, duz, şəkər əlavə edərək qarışdırın.
  • Içinə unu əlavə edərək yumşaq xəmir yoğurun.
  • Xəmirdən hissələr ayırıb əlinizlə açın.
  • Içinə  hazırlanan ərzağı qoyub ağzını bağlayın.
  • Siniyə düzün.
  • Hamsını hazırladıqdan sonra ilıq bir ortamda üzərini örtərək 10 dəqiqə gözlədin.
  • Sonra yumurta sarısı sürtüb çörək otu səpib 185 dərəcədə bişirin.