Balıq kotleti

Ərzaqlar

Lazım olan ərzaqlar












Təlimatlar

Hazırlanma qaydası

• Balıq kotleti hazırlamaq üçün əvvəlcə balıq filesini yuyun, suyu çəkiləndən sonra ət maşınından keçirin, yaxud blenderdə xırdalayın.
• Eyni qayda ilə kələmi hazırlayın.
• Sarımsağı təmizləyib xırdalayın.
• Göyərti və soğanı xırda doğrayın.
• Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin.
• Soğanı və yerkökünü az miqdarda bitki yağında qovurun.
• Balıq qiyməsi, kələm, soğan, yerkökü, göyərti, sarımsaq, duz, istiot və kotlet tutulacaq hala gələnədək vələmir lopaları əlavə edib qarışdırın.
• Əllərinizi suda isladıb çox iri olmayan balıq kotleti hazırlayın.
• Kotletləri suxarıya batırın, qızdırılmış yağda 3-4 dəqiqə qızardın.
• Sonra o biri üzünə çevirin, 1 dəqiqə qaynar yağda qızardandan sonra, ocağı azaldın, tavanın qapağını örtün, 10-12 dəqiqə vam odda bişirin.

Nuş olsun!