Yazdırma Seçimləri:

Balıq kotleti

Verimlilik3 PorsiyonHazırlanma Müddəti25 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt45 dəq

balıq kotleti

Lazım olan ərzaqlar
 500 q balıq filesi
 100 q kələm
 1 ədəd yerkökü
 1 ədəd baş soğan
 1 diş sarımsaq
 12 stəkan yulaf
 cəfəri
 şüyüd
 narın suxarı
 bitki yağı
 duz
 təzə üyüdülmüş qara istiot
Hazırlanma qaydası
1

Balıq kotleti hazırlamaq üçün əvvəlcə balıq filesini yuyun, suyu çəkiləndən sonra ət maşınından keçirin, yaxud blenderdə xırdalayın.
Eyni qayda ilə kələmi hazırlayın.
Sarımsağı təmizləyib xırdalayın.
Göyərti və soğanı xırda doğrayın.
Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin.
Soğanı və yerkökünü az miqdarda bitki yağında qovurun.
Balıq qiyməsi, kələm, soğan, yerkökü, göyərti, sarımsaq, duz, istiot və kotlet tutulacaq hala gələnədək vələmir lopaları əlavə edib qarışdırın.
Əllərinizi suda isladıb çox iri olmayan balıq kotleti hazırlayın.
Kotletləri suxarıya batırın, qızdırılmış yağda 3-4 dəqiqə qızardın.
Sonra o biri üzünə çevirin, 1 dəqiqə qaynar yağda qızardandan sonra, ocağı azaldın, tavanın qapağını örtün, 10-12 dəqiqə vam odda bişirin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 3