Yazdırma Seçimləri:

Basdırma kabab

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 35 dəq

basdırma kabab

Lazım olan ərzaqlar
 300 q cavan mal əti (can əti)
 1 ədəd baş soğan (yarısı basdırma üçün)
 15 q nar və ya
 10 q üzüm sirkəsi
 5 q kərə yağı
 10 q cəfəri
 istiot
 duz
Hazırlanma qaydası
1

basdırma kabab

Basdırma kabab hazırlamaq üçün mal əti (can əti) təxminən 35–40 qramlıq tikələrə doğranılır.
Doğrandıqdan sonra bu tikələr sonra emallı qaba qoyulur.
Bu doğranmış ətlərin üzərinə doğranmış soğan, duz, döyülmüş istiot, üzüm sirkəsi, yaxud nar qatılaraq hamısı birlikdə qarışdırılır və 3–4 saat ərzində soyuq yerdə basdırma olması üçün saxlanılır.
Basdırma etmək, əti həm yumşaldır, həm də ədviyyatların təsiri ilə daha da ləzzətlənir.
Basdırma kababı bişirmək üçün basdırma edilmiş ət tikələri şişə taxılır və soğandan təmizlənərək közərmiş kömür üzərində bişirilir.
Közlərin atəşlənib yanmamasına diqqət yetirmək lazımdır.
Buna diqqət edilməsə basdırma kabab üz hissəsi yanar, içərisi isə istənilən şəkildə bişməz.
Basdırma kabab tamı daha xoş olsun deyə onu bişirməzdən əvvəl kərə yağına salıb çıxarmaq məsləhət görülür.
Kabab bişirilib süfrəyə veriləndə yanına qarnir əvəzinə soğan, limon, yaxud şişdə bişmiş pomidor, sumaq, döyülmüş istiot və duz qoyulur.

Nuş olsun!