-
Tərkibi:
Xəmir üçün lazım olanlar:
375 ml süd,
30 q yaş, yaxud 10 q quru maya,
600-650 q un (az və ya çox da lazım ola bilər)
1 x.q. şəkər tozu,
1 ç.q. duz,
60 q kərə yağı -
İç üçün lazım olan ərzaqlar:
600 q qiymə,
1 dənə iri soğan ,
Arzuya görə duz və istiot,Hazırlanma qaydası:
Xəmir üçün istifadə olunacaq mayanı şəkər tozu ilə birlikdə isti süddə (qaynar olmaz!) əridin.
- Azca un əlavə edib qarışdırın (qatı xama kimi).
- Baratanı, yəni mayanı isti yerə qoyun ki, şişsin.
- Barata şişəndən sonra əridilmiş kərə yağını və duzu əlavə edin (amma kərə yağı qaynar olmamalıdır).
- Az- az un əlavə edərək yumşaq xəmir yoğurun.
- Hazır xəmiri yağlanmış ləyənə qoyub üstünü örtün, isti yerdə 1-1,5 saata qədər saxlayın.
- Bu müddətdə xəmirin həcmi iki dəfə artacaq.
- Xəmir gələnə qədər içi hazırlayın.
- Soğanı xırda-xırda doğrayın.
- Duz və istiotu əlavə edib qiymə ilə qarışdırın.
- Mayalanmış xəmirdən mandarin böyüklüyündə kündələr düzəldin.
- Un səpilmiş, yaxud da yağlanmış lövhənin üstündə 0,3-0,5 sm qalınlığında yayın.
- Hər bir yayılmış yuxanın ortasına iç qoyun.
- Yuxanın qıraqlarını ortaya doğru yığın, ancaq orta hissəsini açıq saxlayın birləşdirməyin.Tavanı orta atəşdə ocağın üzərinə qoyun (əgər xüsusi termometr varsa, 170 dərəcədə).
- Yağı tavada qızdırın.
- Hazırladığınız belyaşiləri üzü yəni açıq qalan hissəsi aşağı olmaqla tavaya düzərək qızardın.
- Tamamən qızarandan sonra o biri üzünə çevirin və ocağın istiliyini bir az azaldın.
- O biri üzünü də möhkəm qızardın.
- Artıq belyaişiləriniz yeməyə hazırdır.
- Yeməyi isti-isti servis edin.
Leave a Reply