Yazdırma Seçimləri:

Belyaişi(rus mətbəxi)

Verimlilik14 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Belyaişi

Lazım olan ərzaqlar
 375 ml süd
 30 q yaş maya
 600 q un
 1 yemək qaşığı şəkər tozu
 1 çay qayığı duz
 60 q kərə yağı
İçlik üçün
 600 q qiymə
 1 ədəd iri soğan
 duz
 istiot
Hazırlanma qaydası
1

Xəmir üçün mayanı şəkər tozu ilə birlikdə isti süddə (qaynar olmaz!) əridin.
Azca un əlavə edib qarışdırın (qatı xama kimi).
Mayanı isti yerə qoyun ki, şişsin.
Maya şişəndən sonra əridilmiş (amma qaynar olmayan) kərə yağını və duzu əlavə edin.
Yavaş- yavaş un əlavə edərək yumşaq xəmir yoğurun.
Xəmiri yağlanmış ləyənə qoyub üstünü örtün, isti yerdə 1-1,5 saat saxlayın.
Bu müddətdə xəmirin həcmi iki dəfə artacaq.
Xəmir gələnə qədər içi hazırlayın.
Soğanı soyub yuyub xırda-xırda doğrayın və sonra duz, istiotla birlikdə qiyməyə qarışdırın.
Gəlmiş xəmirdən mandarin boyda kündələr düzəldib un səpilmiş, yaxud yağlanmış lövhənin üstündə 0,3-0,5 sm qalınlıqda yayın.
Hər kündənin ortasına hazırladığınız içlikdən qoyun.
Qıraqlarını ortaya doğru yığın, amma orta hissəsini açıq saxlayın.
Tavanı orta temperaturda olan ocağın üstünə qoyun (əgər xüsusi termometr varsa, 170 dərəcədə).
Yağı tavada qızdırın.
Belyaşiləri üzü (açıq hissəsi ) aşağı olmaqla qızardın.
Yaxşı qızarandan sonra o biri üzünə çevirib, ocağı azaldıb o biri üzünü də qızardın.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 14