İri-iri doğranmış ətləri böyük bir qazana yerləşdirin.
Ətin üzərinə bir az artıq keçənə qədər su ilə doldurub qaynamağa qoyun (ən son xəmirləri bu suda bişirəcəyiniz üçün suyun bol olması lazımdır).
Ətin köpüklərini alın və yumşalana qədər vam odda bişirin.
Öz zövqünüzə uyğun duzunu ata bilərsiniz.
Unu dərin bir qaba qoyub ortasında hovuz kimi bir yer açın.
Hovuz kimi yerə yumurtanı, duzunu əlavə etdikdən sonra ilıq sudan yavaş -yavaş əlavə edərək nə bərk, nə də çox yumşaq bir xəmir hazırlayın.
Xəmiri 20 dəqiqə ərzində dincəlməyə qoyun.
Üzəri qurumasın deyə nəmli bir bez ilə örtün.
Dincə qoyduğunuz xəmiri iki yerə bölün.
Xəmirləri iki kündə edin.
Həmin kündələri mantı xəmiri qalınlığında yayın.
Yaydıqdan sonra yuxanı oxlova bükün və uzununa kəsin.
Doğradığınız xəmirlərdən 4 barmaq enində kvadratlar kəsin və kəsdiyiniz xəmirləri bir birindən ayırıb siniyə düzün.
Ətləri qazandan çıxardın və qaynayan suya xəmirlərin bir hissəsini atıb 5 dəqiqə qədər qaynadın .
Yumşalan xəmirləri kəfkirin köməyi ilə iri bir servis tabağına alın.
Xəmirlər bişərkən bir tərəfinə 1 çömçə ət suyunu kiçik bir sos qazanına alıb doğramış olduğunuz soğanı əlavə edərək orta atəşdə qarışdıraraq soğanları azca yumşalana qədər bişirin.
Ətləri xəmirlərin üzərinə əlavə edin.
Ən sonunda isə soğanları üzərinə əlavə edin.
Ərzaqlar
Təlimatlar

Leave a Reply