Biskvit tortu

 

keksli tort

Lazım olan ərzaqlar:

  • Kakao: 1,5 çay qaşığı
  • Vanil: 2 paket
  • Qabartma tozu: 2 paket
  • Yumurta: 14 ədəd
  • Şəkər tozu: 4 stəkan
  • Un: 4 stəkan
  • Duz: 1 çimdik

Krem üçün:

  • Kenton kakao: 1,2-2 çay qaşığı
  • Kenton vanil: 2 paket
  • Qaymaq: 800 qram
  • Şəkər tozu: 1 stəkan

Bəzək üçün:

  • Peçenye ovuntusu,
  • Keks ovuntusu,
  • Damla şokalad,
  • Zövqə görə digər tort bəzəyi

Biskvit tortu hazırlanma qaydası:

  • İki ədəd keks bişiriləcək – kakaolu və kakaosuz.
  • Buna görə də hər bir keks üçün yazılan ərzaqların yarısı istifadə olunur (kakao xaric)

Sadə keks:

  • Mikserin qabına 7 ədəd yumurta vurun.
  • Üzərinə şəkər tozu əlavə edib  qarışdırın.
  • Bir stəkan unun üzərinə 1 paket Kentn qabartma tozu, ikinci stəkan unun üzərinə Kenton vanil vurun.
  • Un əlavə edilərkən tort keksinin xəmirini mikserlə çalmağa ehtiyac yoxdur.
  • Onu əllə qarışdırmaq lazımdır.
  • Unu yavaş-yavaş qarışdıra-qarışdıra qarışığa əlavə edin.
  • Tam qarışdıqdan sonra keks qəlibinin altına bişirmə kağızı sərin.
  • Keksin rahat çıxması üçün qəlibin yanlarını  yağlayın.
  • Keks xəmiri qəlibdə 180 dərəcə isidilmiş sobada bişirin.

Kakaolu keks:

  • Kakaolu keksin hazırlanması da sadə kekslə eynidir.
  • Un vurulduqdan sonra xəmirə Kenton kakao vurub yaxşıca qarışdırın.
  • Kakaolu keks xəmirini  180 dərəcə qızdırılmış sobada bişirin.
  • Hər iki keksin  soyuması üçün gözləyin.
  • Soyuduqdan sonra üzərləri düzgün deyilsə nazik bir təbəqə halında kəsərək düzəldin.
  • Keksləri  tən ortadan hündürlüyünə iki hissəyə bölün.

Sadə kremin hazırlanması:

  • Mikserin qarışdırma qabına 400 qram qaymaq, şəkər tozunun yarısı, bir paket vanil vurub qarışdırın.
  • Kakaolu kremin hazırlanması: Kakaolu krem hazırlamaq sadə kremi hazırlamaqla eynidir.
  • Sadəcə krem hazır olana yaxın Kenton kakao əlavə etmək lazımdır.

Tortun bəzədilməsi:

  • Sadə keksin yarısı totr qabına yerləşdirilib üzərinə kakaolu krem yayın.
  • Bunun üzərinə kakaolu keksin yarısını  qoyun  və üzərinə sadə kremi yayın.
  • Buraya bir  az damla şokolad əlavə edin.
  • Üzərinə sadə keks qoyun  və  üzərinə də kakaolu krem vurun.
  • Bundan sonra kakaolu keksi qoyub  üzərinə sadə krem yayın.
  • Peçenye qırıntısı, keks ovuntusu, damla şokolad və s. ilə tortun üzərini  bəzəyin.
  • Tortun yanlarını kremləyərkən tort qabının təmiz qalması üçün altına kağız qoyun.
  • Tortun yanlarını  da kremləyib  üzərini  zövqə görə bəzədikdən sonra tortun altındakı kağızlar çıxardın.

Nuş olsun!

Bənzər reseptlər