Brokoli salatı

Brokili salatı
Brokoli salatı

Lazım olan ərzaqlar:

  • 1 kiçik brokili,
  • 1 böyük kök,
  • 2 ədəd qırmızı ətli bibər,
  •  qarğıdalı  konservi,

Sosu üçün:

  • Duz,
  • zeytunyağı,
  • 3-4 diş sarımsaq,
  • Narşərab,

Brokoli salatı hazırlanma qaydası:

  • Brokolini kiçik parçalara ayıraraq yuyun və isti suda bişirin.
  • Sonra süzün.
  • Kökü təmizləyib yuyun.
  • Kökü doğrayın.
  • Kökü də isti suda bişirin.
  • Qırmızı ətli bibəri də yuyub təmizləyin və doğrayıb isti suda bişirin.
  • Bütün ərzaqları bişirdikdən sonra servis tabağına alıb üzərinə duz, zeytun yağı, döyülmüş sarımsaq və narşərabını əlavə edib qarışdırın.
  • Ən son qarğıdalı dənələrini də əlavə edib servis edin.

Qeyd:

  • Tərəvəzlər bişdikdən sonra isti sudan çıxardıb soyuq suya qoysanız rəngini qoruyar və parlaq görünər.