Yazdırma Seçimləri:

Churros

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Bir çox insana görə təzə hazırlanan churros şirniyyatı, dünyanın ən yaxşı dessertlərindən biridir. Kənarı xırtıldayan, içi yumşaq olan bu dessertin, heç kimin "xeyir" deyə bilməyəcəyi bir ləzzəti var.
Churros, bir növ qızarmış un şirniyyatıdır. Churros şirniyyatı üsusi ilə İspaniya, Portuqaliya (Portəkiz), Fransa, Filippin, Amerikanın bir hissəsində çox populyardır. Churros əsasən səhər yeməyi zamanı champurrado, café con leche, isti şokolad və ya qatılaşdırılmış südə batırılaraq yeyilir.

Churros Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan su
 0,25 stəkan duzsuz kərə yağ (kub formasında doğranmış)
 1 çay qayığı şəkər tozu
 0,25 çay qayığı duz
 1 stəkan un
 1 ədəd yumurta
 vanil
Churros Qızartmaq Üçün
 1 stəkan bitki yağı
Churros Servis Üçün
 0,50 stəkan Şəkər tozu
 1 paket Tünd şokolad
 Darçın
Churros Xəmirinin Hazırlanması
1

churross xemiri

✅ Böyük bir tavada kərə yağa duz və şəkər əlavə edin və orta temperaturda yağı əridin.
✅ Yağ əriyib qaynamağa başladığı zaman, ocağın temperaturunu azaldın.
✅ Vam odda yağa yavaş – yavaş un əlavə edin. Bu zaman durmadan qarışdırın. Bu zaman silikon spatula istifadə etməyiniz məsləhətdir. Un tatamiylə yağa qarışmalıdır. Un heç topaclanmamalıdır.
✅ Qarışığı geniş bir qarışdırma qabına keçirdin. Təqribən 5 dəqiqə soyumasını gözləyin.
✅ Vanil ekstraktı və yumurtanı un qarışığına əlavə edin.
✅ Mikser vasitəsi ilə qarışdırın.
✅ Məhsullar tam qarışana qədər və tam pürüzsüz olana kimi mikserdə çırpın. Mikserdə çırparkən əvvəlcə məhsullar bir - birindən ayrılır. Ancaq çırpmağa davam edin.

Churros Bişirilməsi
2

✅ Bitki yağını 180 dərəcəyə kimi isidin
✅ Xəmiri 3,8-4 sm ulduz formalı metal ucluq taxılmış krem kisəsinə alın.
✅ Bitki yağını bir tavada yaxşıca isidin.
✅ Churros xəmirini təqribən 10-15 sm uzunluğunda parçalar halında ehtiyatla isti yağa sıxın. Xəmiri kəsmək üçün təmiz bir qayçıdan istifadə edin.
✅ Şirniyyatın hər tərəfi qızarana kimi təqribən 2 dəqiqə qızardın.
✅ Soyuması üçün içərisinə kağız dəmal sərilmiş bir qaba düzün.

Churrosun Bəzədilməsi
3

✅ Geniş və uzun bir qabda darçın və şəkər tozunu yaxşıca qarışdırın.
✅ Biraz soyuyan churros dessertini, darçınlı şəkər qarışığı olan qaba qoyun və hər tərəfiniə şəkər bulaşmasını təmin edin.

Churrosun Süfrəyə Verilməsi
4

✅ İlıq olaraq süfrəyə verin
✅ Zövqə görə ərinmiş şokolad və ya karamel sosu ilə bəzəyin.

Nuş Olsun!