Cız-bız

Cız-bız hazırlamaq üçün lazım olanlar:
- Ağ ciyər, qara ciyər, böyrək, ürək və s. hər növ qoyun içalatı,
- Qoyunun bağırsaq hissəsi,
- Orta ölçülü kartof,
- Baş soğan,
- İstəyə görə pomidor və bibər,
- Qoyunun quyruq hissəsi (olmasa yağ),
- Duz,
- İstiot,
Cız-bızın hazırlanma qaydası:
- Cız-bız hazırlamaq üçün əvvəlcə qoyun ağ ciyəri, qara ciyəri böyrəyi və ürək hissəsi yaxşıca yuyulur, doğranılır.
- Bundan sonra quyruq yağı da yuyulur və kiçik ölçüdə doğranılır.
- Qoyunun bağırsaq hissəsi də möhkəmcə yuyulur.
- Artıq maddələrdən qurtarılır.
- Bağırsağın iç hissəsinin yaxşı təmizlənməsi üçün bağırsaqların içərisindən bol su keçirilir.
- Bu da həyata keçirildikdən sonra təmizlikdən tam əmin olmaq üçün bağırsaq uzunlamasına olaraq kəsilib açılır.
- Bu şəkildə də yuyulur.
- Beləcə tam təmiz bağırsaq əldə edilmiş olur.
- Bağırsaqlar da təmiz yuyulduqdan sonra onlar da kiçik – kiçik doğranılır.
- Qoyun içalat və quyruq hissəsi doğrandıqdan sonra əvvəlcə quyruq,daha sonra isə doğranmış içalatlar eyni tavada qızardılır.
- İçalatın əvvəlcə tavada qızardılmasının səbəbi, doğranmış içalatdan əvvəl quyruğun tavanı yağlamasıdır.
- Bundan sonra içalat və quyruq qovrulub qızardılır.
- Soğan və kartof soyulur, kiçik ölçülü doğranır.
- Başqa bir tavada kartof və soğan da qızardılır.
- Kartof və soğan da qızardıldıqdan sonra bunlar içalat və bağırsaq qızardılan tavaya əlavə edilir.
- Kartof, soğan, içalat və quyruq piyi qarışdırılıb birlikdə qızardılır.
- Bu yeməyi isti-ist servis etmık lazımdir.
Leave a Reply