Yazdırma Seçimləri:

Club Sendviç – Restoranlarda 7,5 AZN, Evdə Özün Hazırla 2,21 Azn

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Club Sendviç

🥪Club Sandwich (Klub Sendviç) Resepti Üçün Lazım Olan Ərzaqlar
 80 q turşu xiyar
 70 q təzə xiyar
 120 q toyuq file
 50 q pomidor
 3 ədəd kahı yarpağı
 2 ədəd holland pendiri dilimi
 3 ədəd sendviç çörəyi dilimi
 1 yemək qaşığı duru yağ
 ədviyyat
 duz
👉Omlet Üçün
 1 ədəd yumurta
 1 çay qayığı duru yağ
👉Ara Qatların Sosu Üçün
 2 yemək qaşığı mayonez
 2 yemək qaşığı ketçup
🥪Club Sandwich (Klub Sendviç) Reseptinin Əsas Məqamı
1

Club Sendviç

✅ Gözə və zövqə xitab edən sendviç əldə edə bilmək üçün 3 qatlı sendviçi uzun taxta şişlər vasitəsi ilə qatları bir-birinə bağladıqdan sonra çarpaz kəsin.
✅ Əgər içərisinə qoyulan ərzaqların kənara çıxmamasına diqqət etmək lazımdır.
✅ Bunun üçün kənarları az bir miqdarda kəsmək də olar.

👉Club Sandwich (Klub Sendviç) Ərzaqlarının Hazırlanma Qaydası
2

✅ Toyuq filesi incə və uzunsov formada doğranır və bir az döyülür.
✅ Toyuq filesinə duz, ədviyyat və duru yağ vurulur və qarışdırılır.
✅ Pomidorlar, təzə xiyar və turşu xiyar doğranır.
✅ Ketçup və mayonez bir qabda bir-birinə qarışdırılaraq sos hazırlanır.

👉Club Sandwichin (Klub Sendviç) Bişirilməsi
3

✅ Toyuq file az yağlı tavada əvvəlcə bir tərəfi, daha sonra içə digər tərəfi qızardılır.
✅ Omleti hazırlamaq üçün yumurta öncə ədviyyat və duz qatılaraq bir qabda çırpılır.
✅ Daha sonra isə az yağlı tavada dağılmadan bişirilir.
✅Spatula və ya taxta qaşıqla tavadan çıxardılır.
✅Tost çörəkləri tost aparatında və ya izqara şəkilli tavada hər iki tərəfi qızardılır.

👉Club Sandwichin (Klub Sendviç) Hazırlanması
4

✅ Bütün hazırlıqlar bitdikdən sonra 3 ədət qızardılmış çörək dilimi yanaşı qoyulur.
✅ Hər bir çörək diliminin üzərinə ketçup və mayonezdən hazıladığımız sos yaxılır.
✅ Sos yaxılmış çörək dilimlərinin üzərinə əvvəlcədən təmizlənib yuyulmuş kahı qoyulur.
✅ Bunun üzərinə isə sıra ilə pomidor, xiyar və turşu xiyar dilimləri qoyulur.
✅ Çörək dilimlərindən birinin üzərinə daha öncə hazırlanmış omlet qoyulur.
✅ Digər dilimin üzərinə tavada hər iki tərəfi qızardılmış toyuq filesi, onun üzərinə isə pendir dilimləri qoyulur.
✅ File olan çörək dilimi üzərinə, üzərində omlet olan çörək dilimi qoyulur.
✅ Ən üst hissəyə isə üçüncü dilim tərs çevrilərək qoyulur.
✅ Club Sendviç dilimlərini bir-birinə tutuzdurmaq üçün çubuqlardan istifadə olunur.
✅ Sendviçin kənarları səliqəli şəkildə kəskin bir bıçaq vasitəsi ilə kəsilir.
✅ Daha sonra sendviç diaqonallarından kəsilərək eyni ölçülü üçkünc forma əldə edilir.

👉Club Sandwich (Klub Sendviç) Servisi
5

✅ Üçkünc formada kəsilən sendviçləri istəsəniz yanında qızardılmış kartof çubuqları və sərin bir içki ilə servis edə bilərsiniz.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya 1