çudu

Çudu

Lazım olanlar:

  • Kenton qabartma tozu: 1 paket,
  • Duz: 1 çimdik,
  • Şəkər tozu: 1 çimdik,
  • Süd: 1 stəkan,
  • Yumurta: 1 ədəd,
  • Quru maya: 1 paket,
  • Un: aldığı qədər,
  • Kərə yağ: 100 qram,

Yağlamaq üçün:

  • Kərə yağ: 500 qram,

İç üçün:

  • Qiymə,
  • Baş soğan,
  • Duz,
  • İstiot,
  • Kərə yağ,

Hazırlanma qaydası:

  • Quru maya, süd, şəkər tozu, duzu  bir qaba alın və qarışdırın.
  • Qarışığa xama, yumurta vurub  çırpın.
  • Kərə yağ, Kenton qabartma tozunu  vurun.
  • Xəmiri  yoğurun.
  • Hazırlanan xəmiri kündələrə bölün.
  • Yuxa yayın.
  • Masanın üzərini  yağlayın.
  • Buraya yuxaları  sərib yağlayın.
  • Üst-üstə 4 ədəd yuxa sərin və hamısını  yağlayın.
  • Sonra yuxalar rulon halında sıx formada büküb doğrayın.

İçin hazırlanması:

  • Kərə yağını  əridin.
  • Qiyməni yağın içinə əlavə edin.
  • Qiyməyə doğranmış  soğan duz, istiot vurub bişirin.

 

Çudunun hazırlanması:

  • Doğranan parçaların ortasını açın.
  • İçərisinə iç qoyun.
  • İçlik qoyduqdan sonra bükərək forma verin.
  • 180-200 dərəcə qızdırılmış  sobada 20-25 dəqiqə bişirilir.
  • İsti-isti və ya soyuq halda da servis edə bilərsiniz.

Nuş olsun!