Yazdırma Seçimləri:

Çuğundur Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt40 dəq

Antioksidant təsirə malik olan qırmızı çuğundur dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə və bağırsaqların fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır.
Qaraciyərin nizamlı işləməsinə yardım etməklə şəkər xəstəliyinin qarşısını alır.
Qan azlığı və dəmir çatışmazlığı olan zaman kök suyu ilə qarışdırılıb içiləndə qan istehsalına və qırmızı qan hüceyrəsi səviyyəsinin artımına kömək edir.
Çuğundur suyu qan təzyiqini nizamlayır və sinirləri sakitləşdirir, qaynadılıb suyunun içilməsi zamanı isə sidikqovucu təsir göstərir.

Çuğundur turşusu

Çuğundur Turşusu Üçün Lazım Olan Ərzaqlar
 1,50 kq qırmızı çuğundur
 2 ədəd orta ölçülü qırmızı soğan
 ¾ stəkan üzüm sirkəsi
 2 q duz
 4 diş sarımsaq
 1 q keşniş toxumu
 1 çay qayığı əzilməmiş istiot,
Çuğundur Turşusu Üçün Ərzaqların Yığılması
1

✅ Çuğundurları təmiz yuyub aşsüzənə yığın.
✅ Soğanın qabığını soyub kasaya yığın.
✅Sarımsaqların da qabığını soyub kasaya yığın.
✅Keşniş toxumlarını və əzilməmiş istiotu ayrıca kasalara yığın.
✅ Lazım ola biləcək qədər sirkəni stəkana süzün.
✅lazım ola biləcək qədər suyu bir bankaya süzün.

Çuğundur Turşusu Üçün Ərzaqların Hazırlanması
2

✅Yaxşıca yuduğunuz çuğundurların qabıqlarını soyun.
✅Soyulan çuğundurları incə halqa şəklində doğrayın.
✅Qırmızı soğanı aypara formasında doğrayın.
✅ Sarımsaqları bütöv olaraq təmizləyin.
✅Şüşə bankaları posterizə edin.

Çuğundurun Bişirilməsi
3

cugundur

✅Doğranmış qırmızı çuğundurları dərin bir qazana qoyun.
✅ Üzərinə çıxacaq qədər su əlavə edin.
✅Əvvəlcə yuxarı temperaturda, sonra ise vam odda 5-10 dəqiqə bişirin.
✅Çuğundurların qabığını soyaraq bişirərkən çuğundurun rəngi bu suya çıxır.
✅Turşu hazırlayarkən bu sudan istifadə etmək lazımdır.
✅İlk başda hazırladığınız su şüşə qabı tam doldurmadığı təqdirdə çuğundur bişirilən suyu əlavə edə bilərsiniz
✅Yüngülvari yumşalan çuğundur dilimlərini kəfgir vasitəsi ilə sudan çıxardın.

Çuğundur Turşusunun Hazırlanması
4

✅Çuğundur bişən suyun yarısına duz və üzüm sirkəsi əlavə edib qarışdırın.
✅Şüşə qabı pastorizə edib qurulayın.
✅Çuğundurları bu şüşə qaba qoyun.
✅Sarımsaqları və doğranmış qırmızı soğan halqalarını çuğundur dilimlərinin ararısan səpin.
✅Keşniş toxumlarını və əzilməmiş istiotları əlavə edin.
✅Hazırladığınız turşu suyunu şüşə qaba əlavə edin, qapağını möhkəm bağlayın.

Çuğundur Turşusunun Saxlanma Qaydası
5

cugundur

✅Şüşəni 2-3 saat başıaşağı formada gözlədin.
✅Çuğundur turşusunun hazır olması üçün ən az 1 həftə günəş görməyən bir yerdə gözlədin.
✅Turşunun qapağı açıldıqdan sonra soyuducuda gözlətmək olar.

Nuş Olsun!