Yazdırma Seçimləri:

Çuğundur Turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti25 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt40 dəq

çuğundur turşusu

Lazım Olan Ərzaqlar
 3 kq çuğundur
 10 diş sarımsaq
 1 stəkan sirkə
 1 yemək qaşığı toz şəkər
 duz
Çuğundur Turşusu Üçün Ərzaqların Hazırlanma Qaydası
1

✅ Çuğundurun yaşıl yarpaqlarını kəsin.
✅ Çuğundur köklərinin torpaqlarını təmizlədikdən sonra bol suyla təmiz-təmiz yuyun.
✅ Turşuyu hazırlayacağınız bankanın alacağı qədər suyun içində çuğunduru bişirin.
✅ Bişirdiyiniz çuğundurları sudan çıxardaraq isti - isti qabıqlarını soyun.
✅ Çuğundurların böyüklüyünə görə bölün.
✅İstifadə edəcəyiniz duzu bir kasaya yığın.
✅Lazım olacaq sirkəni kasaya süzün.
✅Bankaları yuyub suyunu çəkmək üçün mətbəx dəsmalının üzərinə qoyun.
✅ Lazım olacaq qədər şəkər tozunu kasaya yığın.

Çuğundur Turşusunun Hazırlanması
2

✅ Doğradığınız çuğundurları şüşə bankalara yığın.
✅ Qabıqlarını soyduğunuz sarımsaqları duz ilə yaxşıca döyün.
✅ Çuğundur bişirdiyiniz suyun içinə 1 su stəkanı sirkəylə birlikdə atın və duzun əriməsini gözləyin.
✅ Duz əridikdən sonra 1 şirniyyat qaşığı şəkər əlavə edib bankanın ağzını möhkəm bağlayın.
✅ Otaq temperaturunda 2 gün saxladıqdan sonra sərin yerə qoymaq lazımdır.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Başına Miqdar
Kalori 135