Dadlı piroq
Dadlı piroq

Dadlı piroq

Lazım olan ərzaqlar:

  • Maye yağ: 1 stəkan,
  • Mineral qazlı su: 1 stəkan,
  • Yumurta: 4 ədəd,
  • Şəkər tozu: 2 stəkan,
  • Vanil: 1 ədəd,
  • Un: 4 stəkan,
  • Qabartma tozu: 1 ədəd,
  • Gilas və ya mandarin (mövsümünə və zövqə görə): 50 qram,

Dadlı piroq hazırlanma qaydası:

  • Piroqu hazırlamaq üçün əvvəlcə yumurtaları dərin bir qaba qırırıq.
  • Qırdığımız yumurtaların üzərinə şəkəri əlavə edirik və möhkəmcə çalıb qarışdırırıq.
  • Budan sonra şəkərli yumurtanın üzərinə qazlı mineral su və yağı da əlavə edirik.
  • Bunları da qarışdırırıq.
  • Şəkər, yumurta, qazlı mineral su və yağ bir – birinə tam olaraq qarışmalıdır.
  • Bundan sonra ayrı bir qaba qabartma tozu, vanilin və unu əlavə edərək yaxşıca qarışdırırıq.
  • Un, vanil və qabartma tozu qarışığını biraz əvvəl hazırladığımız yumurta qarışığına əlavə edirik.
  • Bunları möhkəmcə qarışdırırıq və çırpırıq.
  • Piroq hazırlayacağımız qəlibi maye yağ ilə yağlayırıq.
  • Bu zaman piroq qəlibə yapışmır. Hazırladığımız xəmiri bu qəlibə əlavə edirik.
  • Gilasları yuyuruq.
  • Mandarin istifadə ediləcəksə, qabıqlarını soyub hazırlayırıq.
  • Hazırladığımız gilas və ya mandarin dilimlərini qəlibə yerlədirdiyimiz xəmirin üzərinə səliqə ilə düzürük.
  • Bu arada duxovkanı 180 dərəcə temperatura isidirik.
  • Duxovka istədiyimiz temperatura qədər isindikdən sonra içərisində piroq xəmiri olan qəlibi duxovkaya yerləşdiririk.
  • Burada piroq 40- 45 dəqiqə bişir.
  • Dadlı piroq hazırdır.

Nuş olsun!