Yazdırma Seçimləri:

Dadlı piroq

Verimlilik4 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Dadlı piroq

Lazım olan ərzaqlar
 1 stəkan duru yağ
 1 stəkan mineral su
 4 ədəd yumurta
 2 stəkan şəkər tozu
 1 paket vanilin
 4 stəkan un
 1 paket qabartma tozu
 50 q mandarin və ya albalı(mövsümə görə)
Hazırlanma qaydası
1

Piroqu hazırlamaq üçün əvvəlcə yumurtaları dərin bir qaba qırırıq.
Qırdığımız yumurtaların üzərinə şəkəri əlavə edirik və möhkəmcə çalıb qarışdırırıq.
Budan sonra şəkərli yumurtanın üzərinə qazlı mineral su və yağı da əlavə edirik.
Bunları da qarışdırırıq.
Şəkər, yumurta, qazlı mineral su və yağ bir - birinə tam olaraq qarışmalıdır.
Bundan sonra ayrı bir qaba qabartma tozu, vanilin və unu əlavə edərək yaxşıca qarışdırırıq.
Un, vanil və qabartma tozu qarışığını bir az əvvəl hazırladığımız yumurta qarışığına əlavə edirik.
Bunları möhkəmcə qarışdırırıq və çırpırıq.
Piroq hazırlayacağımız qəlibi maye yağ ilə yağlayırıq.
Bu zaman piroq qəlibə yapışmır.
Hazırladığımız xəmiri bu qəlibə əlavə edirik.
Gilasları yuyuruq.
Mandarin istifadə ediləcəksə, qabıqlarını soyub hazırlayırıq.
Hazırladığımız albalı və ya mandarin dilimlərini qəlibə yerlədirdiyimiz xəmirin üzərinə səliqə ilə düzürük.
Bu arada sobanı180 dərəcə temperatura isidirik.
Soba istədiyimiz temperatura qədər isindikdən sonra içərisində piroq xəmiri olan qəlibi sobaya yerləşdiririk.
Burada piroq 40- 45 dəqiqə bişir.
Dadlı piroq hazırdır.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 4