Dietik omlet
Dietik omlet resepti 1001 dad saytında.
Aşağı kalorili səhər yeməyi axtarırsınızsa, düzgün ünvandasınız.
Dietik omlet tərifi ilə asanlıqla kilolarınızı kontrol edə bilərsiniz.
Sevdiyiniz dadlı yeməklərdən vaz keçmədən ləzzətli səhər yeməyi süfrəsi hazırlaya bilərsiniz.
Necə hazırlayacağıq deyirsiniz?
Buyurun tərifi oxuyun .
Dietik omlet hazırlamaq üçün lazım olan ərzaqlar:
Müddət: 10 dəqiqə.
Bişirmə: 5 dəqiqə,
Hazırlanma: 5 dəqiqə.
Miqdar: 2 nəfərlik.
- 1 ədəd yumurta,
- 4 ədəd yumurtanın ağı,
- az miqdarda duz,
- Bir çimdik çəkilmiş istiot,
- 2 yemək qaşığı göbələk,
- 1 ədəd ispanaq,
- 5 dilim yağsız basdırma,
- 1 dilim yağsız holland pendiri,
Dietik omletin hazırlanma qaydası.
- Yeməyi hazırlamaq üçün əvvəlcə yağsız holland pendiri, yağsız basdırma, ispanaq və göbələkdən başqa bütün ərzaqları yumurta, yumurtaların ağı, duz, istiotu yaxşıca çırpıb qarışdırın.
- Yapışmayan tavaya çırpılmış yumurtaları əlavə edin.
- Bunun üzərinə isə göbələk, ispanaq, basdırma və holland pendirini səliqə ilə düzün.
- 5 dəqiqədən sonra tavanı ocağın üzərindən götürə bilərsiniz.
- Diabetik omlet hazırdır.
Leave a Reply