dondurmali irmik tatlısı

Lazım olan ərzaqlar:

  • 500 q irmik,
  • 250 q kərə yağı,
  • 40 q fıstıq,
  • 2 stəkan süd,
  • 1 su stəkanı su,
  • 3 stəkan şəkər tozu,
  • Sadə dondurma(içinə qoymaq üçün),

Hazırlanma qaydası:

  • Çölü ilıq, içi soyuq olan bu şirniyyat dadı damaqlarda taxt qurmuş bir şirniyyatdır.
  • Su, süd, şəkəri geniş bir kasaya qoyub şəkər əriyənə qədər qarışdırın.
  • Şərbəti qaynatmağa ehtiyac yoxdur.
  • Tavaya kərə yağını alın, fıstıqları əlavə edin və rəngi bir az dəyişənə qədər qovurun.
  • Fıstıqlar bir az qovrulandan sonra irmiyi də əlavə edərək rəngi dəyişənə qədər, ərtafa gözəl ətir yayılana qədər sürəkli qarışdırıb qovurun.
  • Qovrulandan sonra kənarda hazır olan şərbəti irmiyin üzərinə qarışdıraraq tökün.
  • Diqqət edin əl-üzünüzə sıçramasın.
  • Daha sonra ocağı söndürərək dəmlənməyə qoyun.
  • 5-10 dəqiqə dəmlənən halvanın qapağını açıb ilıması üçün gözləyin.
  • Halva soyuq olmamalıdır, yoxsa dondurmanı əridə bilər və lazım olan keyfiyyəti ala bilməzsiniz.
  • Kiçik şorba kasasının içini  strec filmlə örtüb ortası boş qalacaq şəkildə halvanı yerləşdirin.
  • Orta hissəsinə doldurma qoyub üzərinə bir az daha halva qoyub örtün.
  • Daha sonra servis tabağını tərs çevirin.
  • Üzərini fındıq, fıstıq, qoz, hind qozu, kimi dilədiyiniz çeşidlə bəzəyin.
  • Bu şəkildə tək nəfərlik dondurmalı irmik halvasını saxlamadan servis edin.
  •  Içi soyuq, çölü isti bu halva təsirli bir qida olacaqdır.