Yazdırma Seçimləri:

Düşbərə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt40 dəq

Lazım olan ərzaqlar
 108 q qoyun əti
 400 q buğda unu
 1 ədəd yumurta
 1 ədəd baş soğan
 350 q bulyon
 10 q sirkə
 15 q keşniş qurusu
 1 çimdik nanə qurusu
 istiot
 duz
Hazırlanma qaydası
1

Bulyon hazırlanır, yumşaq qoyun ətindən baş soğan, keşniş və ədviyyat qatılıb qiymə hazırlanır.
Un, su, yumurta qatılaraq bərk xəmir yoğrulub 1 mm qalınlıqda yayılır.
Sonra yayılmış xəmir 3x3 sm ölçüdə kvadrat şəklində kəsilir.
Hər kvadratın ortasına 4-5 q qiymə qoyulub bükülür.
Düşbərənin bişmək vaxtı 5 dəqiqədir.
Bişmiş düşbərə adətən üzə çıxır.

Süfrəyə verilmə qaydası
2

Düşbərə

Hər pay üçün boşqaba 16-20 ədəd düşbərə qoyulur.
Süfrəyə verilən zaman düşbərənin yanına ayrıca sirkə, sarımsaqlı sirkə qoyulur.
Üstünə nanə qurusu səpilir.