Yazdırma Seçimləri:

Düyülü Toyuq Dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti55 dəqBişmə Vaxtı40 dəqÜmumi Vaxt1 saat 35 dəq

Ən gözəl qonaqlıq süfrələrinin baş tacı olacaq qədər ləzzətli bir yemək reseptini sizlərə təqdim edəcəyik. Toyuq dolması tərifi.Ən hörmətli qonağınızı rahatlıqla qarşılaya biləcəyiniz və qonaqları özünə heyran edən bir yemək reseptidir.
Hazırlanması bir az əziyyətli olsada hər kəsi məmnun edəcək doyumlu bir yeməkdir toyuq dolması.Ən gözəl günlərinizdə , bayram süfrələrinizdə göz oxşayan bu yemək tərifini sizlərədə yaxınlarınızla birlikdə hazırlamağı arzu edirik.

Düyülü toyuq dolması

Düyülü Toyuq Dolması Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan plov üçün olan düyü
 4 ədəd toyuq döşü
 1 ədəd soğan
 40 q fıstıq
 2 yemək qaşığı incə doğranmış təzə şüyüd
 sarıkök
 təzə rəndələnmiş muskat(hindistan qozu)
  istiot
 duz
 1 yemək qaşığı zeytun yağı
 1 yemək qaşığı kərə yağı
Düyülü Toyuq Dolması Üçün Lazım Olan Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz soğanı soyub kasaya yığın.
✅ İstifadə edəcəyiniz düyünü ayırtlayb yuyun və suyunu süzün.
✅ Lazım olacaq toyuq ətini təmizləyib yuyun.
✅ Lazım olacaq duzu kasaya yığın.
✅ Yeməyi bişirmək üçün lazım olacaq suyu bir şüşə bankaya süzün.
✅ İçərisinə qatacağınız fıstığı təmizləyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz şüyüdü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Lazım olacaq kərə yağını kasaya yığın.
✅ Arzuya görə istifadə edəcəyiniz ədviyyatları kasaya yığın.

Düyülü Toyuq Dolması Üçün Lazım Olan Ərzaqların Hazırlanması
2

✅ Hazırladığınız soğanı yeməklik doğrayın.
✅Şüyüdü kiçik-kiçik doğrayın.
✅ Toyuq ətlərini bıçaqla açdıqdan sonra ət döyəcəyi ilə incəldin.
✅ Duz, istiot səpin.
✅Dolmanı bişirəcəyiniz qabı azca yağlayın.
✅ 1 yemək qaşığı zeytun yağı ilə bir yemək qaşığı kərə yağını əridin.

Düyülü Toyuq Dolması Üçün İçliyin Hazırlanması
3

✅ Yeməklik doğranmış soğan ilə fıstıqları 2-3 dəqiqə qovurun.
✅ Düyünü əlavə edərək qarışdırmağa davam edin.
✅ Şüyüd xariç bütün ədviyyatları duz və suyu əlavə edin .
✅ Qapağı qapalı olaraq plov suyunu çəkənə qədər bişirin.
✅ Plov tamamən suyunu çəkincə atəşi qapatıb şüyüdü əlavə edib soyumağa buraxın.

Dolmanın Bişirilməsi
4

✅ Əzilmiş toyuq ətlərinin içlərinə plovu doldurub alüminiyum folyo ilə yaxşıca qapadın .
✅ Soba qabına düzüb yarısına gələcək qədər isti su əlavə edin və 200 dərəcə sobada 30 dəqiqə bişirin.
✅ Sobadan çıxartdığınız toyuqları folyodan çıxardın və az kərə yağı əlavə etdiyiniz yapışmaz tavada bir neçə dəqiqə qızardın.

Düyülü Toyuq Dolmasının Servis Edilməsi
5

✅ Dilimləyərək isti halda servis edin.

Nuş Olsun!