Yazdırma Seçimləri:

Ev üsulu künefe

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı5 dəqÜmumi Vaxt15 dəq

Lazım olan ərzaqlar
 150 q kadayıf
 100 q kərə yağı
 100 q pendir
 1 çay qayığı bəkməz (bəkməzin olması vacib deyil. Olsa bişdikdən sonra rəngi gözəl olar).
Şərbəti üçün
 ¾ stəkan şəkər tozu
 1 stəkan su
 12 damla limon suyu
Üzəri üçün
 fıstıq əzməsi
Hazırlanma qaydası
1

Ev üsulu künəfə hazırlamaq üçün əvvəlcə künəfənin şərbəti hazırlanır.
Çünki künəfə isti, şərbət isə soyuq olmalıdır.
Kadayıfı tel - tel edib havalandırın.
50 qram kərə yağını əridib kadayıfın üzərinə tökün.
Sonra əlinizlə çox sıxmadan yağı kadayıfa yedirdin.
Orta ölçülü bir tavada (çox böyük olmasın) qalan kərə yağının yarısını sürtüb üzərinə bəkməz tökün.
Sonra kadayıfın yarısını buraya yayın.
Rəndələnmiş pendiri kadayıfın üzərinə yayın.
Bundan sonra qalan kadayıfı da bunun üzərindən yayın.
Yüngülcə əlinizlə üzərindən bastırın.
Vam odda ocağın böyük gözündə kadayıfı çevirə - çevirə bişirin.
Bir tərəfi bişdikdən sonra geniş bir qaba tavanı çevirin.
Künəfəni sürüşdürərək tavaya alın və ikinci üzün də bişməsini gözləyin.
Ev üsulu künəfənin ikinci üzü də bişdikdən sonra bir tabağa alın.
İsti künəfənin üzərinə hazırladığımız soyumuş şərbəti tökün.
Üzərinə əzilmiş fıstıq tökün.
Künəfə isti - isti yeyilir.

Qeyd!
2

İstəyə görə süfrəyə verilərkən üzərinə qaymaq, dondurma da qoyula bilər.

Nuş olsun!