Yazdırma Seçimləri:

Evdə Nanə Mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt35 dəq

Hər növ tərəvəz və meyvədən turşular hazırlamaq mümkün olduğu kimi, mürəbbəsini də hazırlamaq mümkündür. Mövsümü gəlib küçdikdən sonra kaş olsaydı da yesəydik deməmək üçün hər meyvəni hazırlayıb saxladığımız kimi tərəvəzləri də qış üçün hazırlaya bilərik.Həm də tamamən fərqli-fərqli mürəbbələr.0
Nanənin ətrini hər zaman hiss etdirən, onun ətrinə valeh ola biləcək bir mürəbbə hazırladıq. 1001dad.com saytı Nanənin acılığını hiss etdirməyən, ətrindən məst olacağınız bir mürəbbə reseptini sizlərə təqdim edəcəkdir. Qəhvəaltı saatlarında fərqlilik istəyənlər , şirniyyatlar üzərində başqa bir sos arayanlar üçün bu mürəbbə tamamilə yerinə düşər.
O zaman vaxt itirmədən mətbəxə keçib Nanə mürəbbəsini hazırlamağa başlayın.

evdə nanə mürəbbəsi hazırlamaq

Nanə Mürəbbəsi Üçün Lazım Olan Ərzaqlar
 1 dəstə təzə nanənin yarpaqları
 ½ ədəd limonun suyu
 2 stəkan şəkər tozu
 1 stəkan içmə suyu
Nanə Mürəbbəsi Hazırlamaq Üçün Lazım Olan Ərzaqlar.
1

İstifadə edəcəyiniz nanəni yuyub təmizləyərək mətməx dəsmalının üzərinə yığın.
İstidadə edəcəyiniz şəkər tozunu bir kasaya yığın.
İstifadə edəcəyiniz limonu yuyub mətbəx dəsmalının üzərinə yığın.
İstifadə edəcəyiniz suyu bir şüşə qaba yığın.

Nanə Mürəbbəsinin Hazırlanma Qaydası
2

Suyunun süzülməsi üçün gözləyin və sonra yarpaqlarını budaqlarından ayırıb bir saxlama qabına yığın.
Üzərinə şəkər tozunu əlavə edib yaxşıca ovun.
Yaxşıca ovxaladıqdan sonra qapağı ürtüb bir gecə soyuducuda saxlayın.
Suyunu yaxşıca saldıqdan sonra soyuducudan çıxardıb qazana yığın və üzərinə suyu əlavə edin.

Nanə Mürəbbəsinin Bişirilməsi
3

Daha sonra ocağın altını yandırın .
Q!azanı ocağın üzərinə alıb orta atəşdə qaynadın.
Yarpaqlar yaxşıca yumşaldıqdan sonra üzərinə bir limon suyu sıxıb tökün.
Dibinin tutmaması üçün aram-aram taxta qaşıq ilə qarışdırın və üzərində köpüklənmə olarsa bu köpükləri yığın.
Qatılaşdıqdan sonra ocaqdan alaraq otaq temperaturunda bir neçə saat soyumağa qoyun.
Soyuduğu müddətdə aradabir qarışdırın.

Nanə Mürəbbəsinin Saxlanma Qaydassı
4

Daha öncə təmizlənmiş və yaxşıca qurudulmuş bankalara yığın .
Tamamən soyuduqdan sonra soyuducuya yığın.

Nuş Olsun!