
Fəsəli
Lazım olan ərzaqlar:
- Un: 2 stəkan,
- Kenton qabartma tozu: 1 paket,
- Quru maya: 1 çay qaşığı,
- Duz: 1 çimdik,
- İlıq süd: 1 stəkan,
İçlik üçün:
- 6 xörək qaşığı ərinmiş kərə yağ
Üzəri üçün:
- Kenton şəkər kirşanı
Bişirmək üçün:
- Duru yağ
Bişirmə qaydası:
- Una quru maya, duz, Kenton qabartma tozu, südün bir hissəsi qatılır və xəmir yoğrulur.
- Südün qalan hissəsi yavaş- yavaş ehtiyac olduğu qədər əlavə edilir.
- Xəmir yoğrulub ələ yapışmamağa başladıqdan sonra 2 kündəyə bölünür.
- Xəmiri yaymaq üçün masanın və kündənin üzərinə bir az un səpilir və çox yuxa bir formada yayılır.
- Yayıldıqdan sora üzərinə ərimiş yağ bərabər olacaq şəkildə sürülür.
- Yağlı yuxa rulet halına gətirilir.
- Bundan sonra rulet spiral formasında bükülür.
- Fəsəlini bişirmək üçün dərin və fəsəlinin ölçüsünə yaxın bir tavada duru yağ isidilir.
- Spiral formasında bükülmüş fəsəli bu yağda qızılı rəng alana kimi bişirilir.
- Bişən fəsəli soyuduqdan sonra üzərinə Kenton şəkər kirşanı səpilir.
Nuş olsun!
Leave a Reply