Yazdırma Seçimləri:

Falafel

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Vegetarian mətbəxinin ən dadlı və məşhur yeməklərindən olan falafel son vaxtlar süfrələrimizdə yer almağa başlayıb. Həm sağlam, həm faydalı olan falafeli hazırlamaq çox asandır. Ev şəraitində özünüzün də hazırlaya biləcəyi bir resepti sizlərə təqdim edirik.

falafel-

🌯Falafel Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan noxud (bir gecə öncədən ısladılmış)
 1 stəkan quru paxla(bir gecə öncədən ısladılmış)
 1 ədəd soğan (6 hissəyə bölünmüş)
 1 diş sarımsaq
 0,50 dəstə cəfəri
 cirə
 duz
 istiot
🌯 Falafeli Qızartmaq Üçün
 1 stəkan duru yağ
🌯Falafelin Ərzaqlarının Hazırlanma Qaydası
1

falafel-

✅Noxudu və paxlanı axşamdan suda isladın, səhər yaxşı yuyub bişirin.
✅İBir gecə öncədən bol suda islatdığınız noxud və paxlanı dərin bir qarışdırma qabına alın.
✅Arzuya görə noxudları bişirib qabıqlarını soyduqdan sonra da falafel hazırlaya bilərsiniz.
✅Tamamən qarışdırdıqdan sonra mətbəx robortundan keçirdin .
✅Un halına gələnə qədər blenderdən bütün ərzaqları keçirin.
✅ İçərisinə istəsəniz bir neçə yemək qaşığı zeytun yağı da əlavə edə bilərsiniz.
✅Ardından diğər ərzaqları da əlavə edərək mətbəx robortundan keçirdin.
✅Əldə rahat şəkil alan bir xəmir halına gətirib şəkil verin.

🌯Falafelin Bişirilmə Qaydası
2

✅ Falafel küftələrini hazırladıqdan sonra soyuducuda saxlayın.
✅ Soyuducuda saxladıqdan sonra dərin yağda qızardın.
✅Duru yağı dərin bir qazanda qızdırın.
✅Falafelləri qızgın yağda rəng alana qədər qızardın.
✅Üzəri xırt-xırt, iç hissəsi isə xəfif yumşaq olan falafelləriniz hazırdır.
✅ Falafeli sobada da bişirə bilərsiniz.
✅ Bunun üçün sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Qızdırdığınız sobada Falafellərin üzəri qızarana qədər bişirin.

🌯Falafelin Servis Edilməsi
3

Qızarmış falafelləri təzə soğan, çörək, limon suyu, ya da sarımsaqlı qatıqdan istifadə edərək servis edə bilərsiniz.
Falafeli süfrədə lavaş ilə və ya müxtəlif yeməklərə qarnir kimi servis edə bilərsiniz.
İsti halda servis edə bilərsiniz.

Diqqət
4

Sobada hazırlanan falafel tavada hazırlananla müqayisədə daha sağlam və dietik hesab olunur.
Lakin original reseptə görə tavada hazırlanmalıdır.

Nuş Olsun!