
Fırında balıq çox ləzzətli olur. Bu şəkildə bişirilən bu fırında balıq resepti ilə bişən balıq, qida dəyərini də itirmir.
Lazım olan ərzaqlar:
- 2 ədəd balıq,
- 2 ədəd pomidor,
- 1 yemək qaşığı kərə yağı,
- 1 ədəd quru soğan,
- Dəfnə yarpağı,
- Bibər,
- Duz,
Fırında balıq hazırlanma qaydası:
- Balığın iç orqanlarını və istənməyən hissələrini atın.
- Sonra içalatı təmizlənmiş balığı su altında yaxşıca yuyun.
- Təmiz yuyulan balığın içərisinə dəfnə yarpağı yerləşdirin.
- Sonra balığa duz, bibər atın,
- Balıqları siniyə qoyun.
- Sininin içərisinə qoyulan balığın üzərinə ərimiş kərə yağı sürtün.
- Sinini fırına qoyub fırını çalışdırın.
- Balıqların yanına pomidor və soğanı düzün.
- Balığı limon dilimləri ilə bəzəyin.
- Təzə tərə və kahı da verə bilərsiniz.
- Balıq yeməyiniz servisə hazırdır.
- Nuş olsun.
Leave a Reply