Yazdırma Seçimləri:

Sobada tərəvəzli balıq

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Fırında tərəvəzli balıq

Lazım olan ərzaqlar
 1 ədəd balıq
 1 yemək qaşığı zeytun yağı
 4 ədəd arpacıq soğan
 6 ədəd göbələk
 0,50 ədəd limon
 1 ədəd dəfnə yarpağı
 2 ədəd pomidor
 duz
 aliminium folqa
Hazırlanma qaydası
1

Balığı təmizləyib yuyun.
Uzun bir soba qabına folqanı döşəyin.
Təmizlənmiş balığı folqanın içinə yerləşdirin.
Üzərinə fırça ilə 1 şorba qaşığı zeytun yağını sürtün.
Göbələkləri ikiyə bölün.
Soğanları soyun.
Göbələk və soğanların bir hissəsini balığın içinə yerləşdirin.
Digər hissəsini isə üzərinə saxlayın.
Limonu nazik-nazik dilimləyin.
Dəfnə yarpağı və limonu da balığın yanına yerləşdirin.
Pomidorları kiçik-kiçik doğrayıb balığın üzərinə qoyun.
Sonra üzərini folqa ilə bağlayın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Sobadan çıxardın və folqanı ehtiyatla açın.
Isti halda servis edin.

Nuş olsun!