Sobada toyuq dolması

Comments No Comments
Total Time 0 dəq
Difficulty

Fırında  toyuq dolması

Fırında toyuq dolması
Fırında toyuq dolması

Fırında  toyuq dolması

Bir çox ləzzətindən doyulmayacaq ənənəvi yemək təriflərimiz vardır.

Bu yeməklərin çoxu ət və toyuq əti ilə hazırlanan yeməklərdir.

 Ət yeməklərini hər bir evdə sevirlər.

Ancaq  xanımlarımız günün çox hissəsini  mətbəxdə keçirtmək istəmədikləri üçün daha sadə və rahat təriflər yaratmışdırlar.

Toyuq yeməkləri bir çox qonaqlıqlarda ikram olunur.

Olduqca sadə olan “Fırında toyuq dolması” yeməyi həm ailəniz həm də qonaqlarınız tərəfindən çox bəyəniləcək bir tərifdir.

1001 dad yemək saytı bu yemək tərifini sizlərə təqdim edir.

 Fırında  toyuq dolması   üçün lazım olan ərzaqlar:

  • 5 ədəd toyuq döşü,
  • 1 ədəd kartof,
  • 1 ədəd kök,
  • 3 qaşıq konserva noxud,
  • 3 ədəd göbələk,
  • 1 kasa holland pendiri rəndəsi,
  • kərə yağı,
  • ədviyyatlar,

 

    Fırında  toyuq dolmasının hazırlanma qaydası:    

  •    Kartofları soyn.
  • Soyduğunuz kartofları küp-küp doğrayın.
  • Göbələkləri də incə-incə doğrayın.
  • Kərə yağını qazanda əridin.
  • Yağı əıridərkən diqqətli olun, çünki kərə yağı  tez yanır.
  • Kərə yağının tez yanmaması üçün içərisinə bir damcı maye yağ axıdın.
  • Doğradığınız kartof və kökü , noxudu, göbələyi kərə yağında qovurun.
  • Qovurduqdan sonra istədiyiniz ədviyyatı və duzunu əlavə edin.
  • Fırın sinisini və yaxud da istiyə davamlı qabı yağlayın.
  • Yağladıqdan sonra döyülmüş toyuq döşünü düzün.
  • Hazırladığınız tərəvəzli qarışığı üzərinə yayın.
  • Qarışımın üzərinə holland pendiri rəndələyin.
  • Sonra qabın üzərini alminium folya ilə örtün.
  • Sininin içinə yarım stəkan   ilıq su əlavə edin.
  • 30 dəqiqə fırında bişirin.
  • Fırından çıxartmazdan 5 dəqiqə əvvəl holland pendiri səpərək əriməsini gözləyin.
  • Sonra isə plovla birlikdə servis edə bilərsiniz.

Nuş olsun!

Share
I made it0 People made this
Prev Post
Ətli badımcan kababı
Next Post
Fındıqlı rulon kurabuyə

Leave a Reply

To Top