Yazdırma Seçimləri:

Sobada toyuqlu kartof

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

Fırında toyuqlu kartof

Lazım olan ərzaqlar
 45 ədəd kartof
 2 ədəd toyuq döşü
 1 ədəd soğan
 1 ədəd pomidor
 2 ədəd uzunsov bibər
 duz
 istiot
 reyhan
 duru yağ
 su
Fırında toyuqlu kartofun hazırlanması
1

Fırında toyuqlu kartof

Kartofları soyub incə, yuvarlaq halda doğrayın.
Soğanı da doğrayın.
Toyuq ətlərini də dilimlədikdən sonra soba sinisinə bir qat toyuq əti, bir qat soğan və kartof düzün.
Eyni qaydada ərzaqlar bitənə qədər davam edin.
Pomidor, bibər və sarımsağı da doğrayın.
Tavaya duru yağ tökün.
Pomidoru tavaya tökün.
2-3 dəqiqə qovurun.
Duz, reyhan, istiot əlavə edib 1 stəkan su ilə birlikdə bir neçə dəqiqə daha qovurun.
Sonra sosu tavadakı kartofların üzərinə gəzdirib əvvəlcədən qızdırılmış sobada bişirin və servis edin.

Nuş olsun!