Yazdırma Seçimləri:

Qateau basque (Fransız üsulu almalı keks)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 20 dəq

Lazım olan ərzaqlar
 0,50 stəkan un
 100 q marqarin(otaq temperaturunda olmalıdır)
 ¾ stəkan toz şəkər
 1 ədəd yumurta
 1 çay qayığı vanil
 4 ədəd böyük ölçüdə alma
İçlik üçün
 ½ stəkan şəkər tozu
 1 çay qayığı darçın
Üzəri üçün
 1 ədəd yumurta sarısı
Hazırlanma qaydası
1

Marqarin və şəkər mikserdə çırpılır və krema qatılığına gətirilir.
Əvvəlcə yumurta, sonra isə qalan bütün xammallar buraya əlavə edilir.
Xəmir hazırlanır.
Yumşaq qatılıqdakı xəmir soyuducu torbasına sarılır və soyuducuda ən az bir saat gözlədilir.
Sobanı 180 dərəcəyə isidin.
Fransız üsulu almalı keks (qateau basque) içliyi hazırlamağa sıra geldi.
İçliyi hazırlamaq üçün əvvəlcə almalar yuyulur, qabıqları soyulur.
Doğranır, içərisindəki çiyid və bərk hissəciklərdən təmizlənir.
Ocağa qoyulur.
İçərisinə darçın və şəkər tozu əlavə edilir.
Yumşalana qədər bişirilir.
Bundan sonra soyuması gözlənilir.
Mətbəx masasının üzərinə un səpilir.
Xəmir unlu masanın üzərində açılır.
Qəlibə uyğun ölçüdə qəlibin dibinə açılmış xəmir qoyulur. Üzərinə içlik materialı qoyulur.
Xəmirdən qapaqcıq hazırlanır və içliyin üzəri örtülür.
Bundan sonra qapaqcığın üzərinə yumurta sarısı sürülür.
Bundan sonra isti sobada təqribən 20 dəqiqə bişirilir.
İlıq halda servis edilə bilər.

Nuş olsun!