Yazan1001 dadKateqoriyaÇətinlikNormal

Gəncə paxlavası

Verimlilik1 Porsiya

Paxlavanın xəmiri üçün lazım olan ərzaqlar
Yuxaları yaymaq üçün
Aralarına tökmək üçün
İçi üçün
Şərbəti üçün
Üzəri üçün

Hazırlanma qaydası
1
Gəncə paxlavası

Gəncə paxlavası hazırlamaq üçün unu bir qaba ələyib üstünə xəmir üçün olan bütün ərzaqları töküb yumşaq xəmir yoğurun.
Gülab ilə şəkər tozunu bir qazana töküb şərbəti bişirin.
İçinə bir dilim limon əlavə edin.
Qozu qovurub soyutduqdan sonra maşından keçirib şəkər tozu ilə qarışdırın.
Kərə yağını əridin.
Yoğurduğunuz xəmiri iki yerə bölüb hər hissədən 11 kündə ( Yəni 22 kündə) hazırlayın.
Kündənin ikisini bir az böyük, qalanlarını balaca düzəldin.
Böyük kündədən birini göturub qalın yuxa yayın.
Tavanı kərə yağı ilə yağlayıb qalın yuxanı sərin. Yuxa kənarlardan üstə çıxmalıdır.
Tavaya sərdiyiniz yuxanı yağlayıb içlik tökmədən ikinci balaca kündədən yaydığınız yuxanı qoyun.
İkinci yuxanı yağlayıb içlikdən 1 st tökün.
Bu qayda ilə 10-cu yuxaya qədər qatları düzəldin.
Onuncu yuxanı da yayıb yağlayın.
Amma içlik səpməyin.
Böyük kündəni tavanın ağzı boyda yayıb 10-cu yuxanın üstünə qoyun.
Yanlarını bərkidin.
Eni 4 sm olmaqla romb şəklində kəsin.
Kəsilmiş paxlavanın üstünə ya rəng ilə yumurta sarısı qarışığı ya da zəfaran suyu ilə yumurta sarısı qarışığı çəkin.
Zövqə görə istəsəniz yumurtasız zəfəran suyu ya da yumurta sarısı da çəkə bilərsiniz. (Zəfərandən istifadə etdikdə fikir verin ki, dadı acı olanlardan olmasın.
Onda gəncə paxlavası yaxşı dadmayacaq.
Məsləhət görərdim ki, rəngdən istifadə edəsiniz.
Paxlavanın üzünün parıltılı olmağını istəyirsinizsə şərbətdən 2-3 xörək qaşığı götürüb 1 xörək qaşığı bal ilə qarışdırıb əridib paxlava bişib hazır olanda isti-isti üzünə çəkin.
Sonra üstünü ləpələr ilə bəzəyin.
15-20 dəqiqə saxladıqdan sonra 180 dərəcə qızdırılmış sobada üzü az qızaranadək bişirin.
Sonra çıxarıb yağ töküb yenidən sobaya qoyun.
Çıxardıqda kəsilən yerləri bir daha kəsin.
Sonra kəsilən aralara yağı tökün.
Üzü tamam qızardıqda sobadan çıxarıb üstünə yəni aralarına şərbəti toküb yenidən 2-3 dəqiqəsobaya qoyub götürün.
Gəncə paxlavasını soyuduqdan sonra tavadan çıxarıb düz qablara yığın.
Bu qayda ilə ikinci tavada da gəncə paxlavasını hazırlayın.

Ərzaqlar

Təlimatlar